Nida Təhlil
Ərdoğan, yoxsa Kılıçdaroğlu: Azərbaycan üçün kim daha vacibdir?
Azərbaycanda Türkiyə seçkilərinə “Ərdoğan, yoxsa Kılıçdaroğlu bizə xeyirdir” yanaşması aktualdır. Və hər iki namizədə münasibətdə müsbət və mənfi fikirlər var, əsas arqument isə “hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanla münasibətlər davam edəcək” yönündədir. Doğru yanaşmadır, eyni millətin Çanaqqaladan 44 günlük müharibəyə qədərki tarixi də bunu təsdiq edir. Hərçənd, məsələ hakimiyyətdə kimin olması yox, Türkiyənin geosiyasi müstəvidə seçdiyi mövqe və regional siyasətinin davam edib-etməyəcəyidir və “Ərdoğan, yoxsa Kılıçdaroğlu” sualına bu kontekstdə baxmaq olar.
2010-cu ilə qədər Bakı-Ankara xəttindəki münasibətlər də məsələnin Ərdoğan yox, Ərdoğanın bu gün izlədiyi siyasi xəttin Azərbaycan üçün əhəmiyyətli, hətta taleyüklü olduğunu deməyə əsas verir. 2010-cu ildən sonra situasiya dəyişdi:
- Türkiyə Qərbin güclü təsirindən çıxmağa və daha müstəqil siyasi xətt yürütməyə başladı;
- Qərb və Rusiya arasında tərəf yox, təsiredici gücə çevrildi;
- Regional güc olmaq istiqamətində ciddi şəkildə irəlilədi;
Və bu siyasətdə bu gün nə qədər qeyri-demokratik addım kimi qələmə verilsə də, Türkiyənin parlament respublika idarə-üsulundan Prezident idarəçiliyinə keçməsi həlledici amildir.
Türkiyənin müstəqil siyasəti – regional güc olmaq istiqamətində izlədiyi xətt Azərbaycana iki imkan yaradır:
Birincisi, Qərb və Rusiya (yaxın perspektivdə Qərb və Çin cəbhəsi) arasında çətin seçimdən xilas edir;
İkincisi, bu iki cəbhə arasında güclü oyunçu olan Türkiyənin timsalında müdafiə qalxanı qazanır;
44 günlük müharibə və sonrasında bunu daha açıq şəkildə gördük: Azərbaycan Rusiya üzərindən Minsk qrupunun digər iki üzvü – ABŞ və Fransanı oyundan kənar vəziyyətə saldı; Türkiyənin bölgəyə girişi ilə Rusiyaya qarşı alternativ yaratdı; həm Rusiya, həm Qərbin təzyiqinə qarşı Türkiyə qalxan oldu;
14 may seçkiləri Azərbaycan üçün məhz bu kontekstdə taleyüklü əhəmiyyət daşıyır. “Altılı masa” və namizədi Kamal Kılıçdaroğlu hakimiyyətə gələrsə, hansı risklər yarana bilər?
1. Türkiyənin 2010-cu ilə qədərki siyasi xətti - Qərb və Rusiya (perspektivdə Qərb-Çin) cəbhəsi arasında birincidən yana olmaq mövqeyi böyük ölçüdə qayıda bilər: Kılıçdaroğlunun açıqlamaları, proqramları bunu deməyə əsas verir;
2. Türkiyənin diqqəti daxili proseslərə yönələcək: “altılı masa”nın idarəçilik “resepti” – 6 vitse-prezidentin olması, hər birinin veto hüququna malik olması siyasi böhran vəd edir və bu, diqqətin daxilə yönəlməsi, regional güc faktorunun zəifləməsi ilə nəticələnə bilər;
3. “Altılı masa” parlament idarəçiliyini qaytarmaq niyyətindədir: bu, demokratiya baxımından nə qədər gözəl görünsə də, Türkiyənin qərarverici mexanizmini zəiflədə, regional güc olma perspektivinə risklər yarada bilər;
Belə perspektiv mövcud geosiyasi və regional şərtlərdə Azərbaycan üçün çətinlik vəd edir, xüsusilə müdafiə qalxanının zəifləməsi, cəbhələr arasında sıxılma vəziyyətinə düşmək və s. baxımından. Kılıçdaroğlunun “Türk yolu” layihəsindən Azərbaycanı kənarda saxlaması isə mümkün risklərin faktoloji tərəfidir.
Bütün bunların fonunda seçkidə kimin qalib gələcəyi təkcə bu ölkə üçün yox, Azərbaycan, bütövlükdə region üçün əhəmiyyətlidir.
Asif Nərimanlı
-
Sosial01:41
Mağazadan üç toyuq aldı, yarım kilosu buz çıxdı - ŞİKAYƏT / VİDEO
-
Region00:36
İranda məcburi hicaba etiraz edən tələbə qız SOYUNDU - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Mənasız məsələlər az sonra ciddiləşəcək
-
Region2 Noyabr 23:48
Türkiyə yenə SİLKƏLƏNDİ
-
Sosial2 Noyabr 22:24
Azərbaycanlı blogerdə xərçəng aşkarlandı - FOTO
-
İdman2 Noyabr 21:36
"Mançester Siti" sensasiyalı şəkildə MƏĞLUB OLDU
-
ABŞ2 Noyabr 21:00
Bu məktəbə süpürgəçinin adı verildi - FOTO
-
Elm və təhsil2 Noyabr 20:36
Bəzi müəllimlər cinsiyyətə aid dərsləri keçmirlər - SƏBƏB NƏDİR?