Paşinyanın Moskvada qurduğu "çirkli plan": Türkiyədə seçkilər, Rusiya-Ukrayna müharibəsi...
Bizi izləyin

Nida Təhlil

Paşinyanın Moskvada qurduğu "çirkli plan": Türkiyədə seçkilər, Rusiya-Ukrayna müharibəsi...

Əslində Ermənistan baş nazirinin mənasız israrının nəyə hesablandığını çox gözəl bilirik. O, vaxtı uzatmaqla regionda və dünyada gedən qlobal dəyişikliklərdən özü üçün dividend axtarışındadır. Görünən odur ki, Nikol Paşinyan qardaş Türkiyədəki seçkilər, Rusiya-Ukrayna müharibəsi və bu kimi digər ictimai-siyasi proseslərdən hansısa dəyişikliklər gözləyir və buna görə də üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, mayın 25-də Moskvada keçirilən üçtərəfli Zirvə görüşünə əvvəlcədən böyük ümid bəslənilsə də, Ermənistan tərəfinin bu dəfə də adəti üzrə ritorika dəyişdirməsi sülh müqaviləsinin tezliklə imzalanacağını sual altına alıb:

"Vaşinqton və Brüsseldə əldə olunan razılaşmalardan sonra Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüş böyük maraq doğururdu. Hətta bir sıra məsələlərin hüquqi zəmində təsdiqlənəcəyi gözlənilirdi. Lakin biz şahidi olduq ki, Ermənistanın baş naziri yenə qeyri-konstruktiv mövqe nümayiş etdirərək, əldə olunan razılıqları, həqiqətləri danmağa çalışır. Ermənistan müxtəlif platformalarda keçirilən danışıqlardan sonra məntiqi bir sonluğa çatmaq ərəfəsində yenidən vaxtı uzadaraq və məsuliyyətsiz davranaraq, sülh prosesinə kölgə salır. Düşünürəm ki, qarşı tərəfin sərgilədiyi bu metod sülhün əldə olunmasını bir qədər də çətinləşdirəcək".

İ.Hüseynov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi, bu danışıqlar çərçivəsində də qarşı tərəfin ittihamlarını kifayət qədər arqumentləşdirilmiş şəkildə cavablandırıb. Ölkə başçısının müdrik diplomatik səriştə nümayiş etdirdiyi açıq-aydın nəzərə çarpıb.

"Düşünürəm ki, sülh imzalansa belə, Ermənistan onun bəndlərinin icrasını uzadacaq. Eynilə üçtərəfli birgə bəyanatın icrasında olduğu kimi", - politoloq əlavə edib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm