Nida Təhlil
Ərdoğan Bakıda: Əliyev Qarabağda son zərbəni endirəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanda səfərdədir. Türkiyədə prezident seçilən şəxslər ilk səfərlərini Şimali Kipr Türk Cümhuriyyətinə və Azərbaycana edir, Ərdoğan da iki qardaş ölkənin ənənəsinə sadiqlik nümayiş etdirib. Lakin bu səfər həm də müzakirə ediləcək məsələlər, eləcə də bölgədəki hadisələrin inkişafına yön vermək baxımından da əhəmiyyətlidir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın müzakirə masasındakı gündəliyi kifayət qədər zəngindir.
1. İkitərəfli əməkdaşlığı yeni mərhələyə daşımaq və əlaqələrin axsadığı sahələrdə boşluqları doldurmaq;
2. Türk Dövlətləri Təşkilatı çərçivəsində dərin inteqrasiyasını təşviq etmək;
3. Ankara və Bakının regional proseslərdə aktivliyini artırmaq, eləcə də regional və beynəlxalq müstəvidə həlledici rolunu gücləndirmək;
4. Cənubi Qafqazdakı proseslərə iki ölkənin milli maraqları istiqamətində yön vermək;
5. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işləri ələ almaq və atılacaq addımları müəyyənləşdirmək;
6. Qarabağdakı separatizmi ləğv etmək, Bakının mərkəzi hakimiyyətini təmin etmək istiqamətində addımların atılması;
Əliyevlə Ərdoğanın bu məsələləri müzakirə edəcəyi və “saatları yoxlayacağı” istisna deyil. Burada diqqətçəkən əsas məqamlardan biri separatçıların son günlər təxribatlarını intensivləşdirməsidir. Şübhəsiz ki, təxribatlar cavabsız qalmayacaq. Proseslər göstərirdi ki, Bakı Türkiyədəki seçkilərin başa çatmasını gözləyirdi və Ərdoğanın yenidən qalib gəlməsi yarımçıq qalan prosesin tamamlanmasını da aktuallaşdırır. Prezident İlham Əliyev də Qarabağla bağlı “planlarımızın son addımlığındayıq” mesajını vermişdi. Bütün bunlar Ərdoğanın səfərindən sonra praktiki addımların atılması ehtimalını ön plana çıxır.
Asif Nərimanlı

-
Elm və təhsil21:30
“Məktəblər bağlana bilər?” sualına NAZİRDƏN CAVAB - VİDEO
-
Magazin121:00
Röya Ayxan hamını geridə qoydu - FOTO
-
İdman20:48
Messi "eşşək" adlandırdığı şəxsə görə televiziya verilişindən İMTİNA ETDİ
-
MDB20:36
Taşiyevdən SƏRT QƏRAR: Qırğızıstanda əxlaqsızlıq yuvaları bağlanır
-
Səhiyyə20:12
Ehtiyatsızlıq: 450 nəfər qorxulu xəstəliklərə yoluxdu
-
Sosial19:07
Bakının 3 rayonunda SU OLMAYACAQ
-
Dünya19:00
Günəşdə yeni güclü alovlanma ehtimalı var, amma...
-
Magazin218:50
21 illik xoşbəxt evliliyin SİRRİNİ AÇDI