Nida Təhlil
Post-Əsəd Suriyasının gələcəyi: hər şey Türkiyədən asılıdır - TƏHLİL
Əsədin devrilməsi ilə Suriyada yeni və daha mürəkkəb görünən dövr başlanır.
- Qüvvələr nisbəti dəyişdi: döyüşən 4 qruplaşmadan biri – Əsəd ordusu sıradan çıxdı, indi üç qüvvə - ASO, PYD/YPG, HTŞ – qalır;
- Əsədin devrilməsində maraqlı tərəflər – ABŞ\İsrail və Türkiyə yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilər;
- Əsəd məsələsində Türkiyə ilə toqquşan Rusiya və İran bundan sonra Ankara ilə eyni cəbhədə dayanmağa çalışacaq;
HTŞ-nin qisasdan imtina etməsi, hakimiyyəti baş nazirdən təhvil almaq gedişi, qaçqınlara geri qayıtmaq çağırışı idarəçiliyi ələ ala biləcəyi gözləntisini yaradır. Bundan sonra Suriyada de-fakto mövcud olan ölkələr – ABŞ/İsrail, Türkiyə, Rusiya və İran HTŞ ilə anlaşmaq xəttini izləyəcək və hər şey qruplaşmanın bu qüvvələr arasındakı seçimindən asılı olacaq.
Qərbdən HTŞ-yə verilən dəstək, eləcə də HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colaninin əvvəldən verdiyi açıqlamalar fonunda qruplaşmanın Rusiya və İranı ölkədən çıxarmaq xəttini tutacağı gözləniləndir. Moskva və Tehran Suriyada faktiki həlledici gücə çevrilən Ankaranın dəstəyini əldə etməyə çalışacaq. Lakin bu, HTŞ PYD/YPG terrorçularına qarşı sərgiləyəcəyi mövqeyindən asılı olacaq. Qruplaşma PYD məsələsində Ankaranın mövqeyini nəzərə almasa, bu, Suriyada “çoxcəbhəli toqquşma” ssenarisini yenidən aktuallaşdırır və Türkiyəni Rusiya ilə İranla yaxınlaşdıra bilər. İran və Rusiyanı bölgədən çıxarmaq istəyən ABŞ/İsrail cəbhəsi PYD/YPG kartından imtina etmək istəməsə belə, yenə də Türkiyə ilə anlaşmalıdır.
İstisna deyil ki, Türkiyə Suriyada hakimiyyətin təhvil verilməsi və yenidən qurulması prosesinin getdiyi vaxt PYD\YPG mövqelərini sıxışdırmaq istiqamətində addımlarını intenssivləşdirsin. Bu, həm Trampın Ağ Evdə fəaliyyətə başlaması, həm də Suriyada gələcək danışıqlara qədər əlini maksimum gücləndirmək baxımından əhəmiyyətlidir. Məlumatlara görə, ASO PYD/YPG terrorçularının əlindəki Deyr əz-Zora daxil olub.
Hazırda Suriyada bütün tərəflər üçün həlledici ölkə Türkiyədir. Bundan sonrakı dövrdə hadisələrin inkişafının ilk növbədə HTŞ-nin PYD/YPG-yə qarşı mövqeyindən, daha sonra Türkiyənin mövqeyindən asılı olacağı görünür.
Asif Nərimanlı
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika6 Noyabr 16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region6 Noyabr 11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya6 Noyabr 10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB6 Noyabr 10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq












.jpg)























.jpg)
