Nida Təhlil
Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? - DETALLAR

Putinin təyyarənin vurulmasına görə Əliyevə üzrxahlıq zəngindən sonra iki məsələ müzakirə mövzusuna çevrilib:
1. Rusiya təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürmədi;
2. Günahkarların cəzalandırılması və kompensasiya məsələsi gündəmdə deyil;
Və bu kontekstdə Putinin üzrxahlığı ictimai rəydə birmənalı qarşılanmır.
Əslində Rusiya nəinki məsuliyyəti üzərinə götürmək və digər məsələlərdə, ümumiyyətlə üzrxahlıqda da maraqlı deyildi. Sadəcə olaraq, fakt qarşısında qaldı və bunda iki məqam xüsusilə rol oynadı: rəsmi Bakının məsələnin üzərinə getməsi və Rusiya üçün Azərbaycanla münasibətlərin mənfi məcraya yönəlməsinin ziyanlı perspektivləri;
Mövcud situasiyada Rusiyanın məsuliyyəti üzərinə götürməməsinə texniki aspektdən yanaşmaq olar. Çünki təyyarənin vurulması ilə bağlı istintaq gedir və Moskva yekun nəticə olmadan məsuliyyəti üzərinə götürmək niyyətində deyil. Nəticənin müəyyən qədər də olsa öz maraqlarına uyğunlaşdırmağa, xüsusilə Qroznıya PUA hücumu edən Ukraynanın ittiham altında qoyulmasına cəhd edəcəkləri də istisna edilməməlidir.
- Putinin Əliyevə zəngi ilə bağlı Kremlin rəsmi məlumatındakı “Təyyarə dəfələrlə Qroznıya enməyə cəhd edib, lakin Çeçenistan paytaxtı, eləcə də Mozdok və Vladiqafqaz şəhərləri PUA hücumuna məruz qalıb, Rusiya hava hücumundan müdafiə sistemləri hücumları dəf edib” qeydi,
- Putinin Əliyevdən sonra Tokayevə zəngi və “araşdırmanın şəffaf və obyektiv aparılmasına dair razılıq əldə olunması” Moskvanın Kiyevi günahkar göstərmək, yaxud yekunda ən azı məsuliyyəti bölüşdürmək niyyətindən xəbər verir.
Lakin artıq təyyarənin “duman”, yaxud digər uydurma səbəblərə görə qəzaya uğraması iddiasından əl çəkən Rusiya vurulma faktı ilə razılaşır. Putinin “sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması” qeydi də bunun etirafıdır. Bu baxımdan, “hadisənin Rusiya səmasında baş verdiyi üçün üzr istəyən” Putin vurulma faktını – məsuliyyəti qəbul edir, hərçənd, Ukraynanı da günahlandıra bilmək ümidi ilə istintaqın yekununu gözləyir.
Günahkarların cəzalandırılması məsələsində də müəyyən addımların atıldığını demək mümkündür.
1. Rusiyada Cinayət Məcəlləsinin 263-cü (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) maddəsi ilə cinayət işi açılıb;
2. Çeçenistana gedən Azərbaycan Baş Prokurorluğunun əməkdaşları rusiyalı prokurorlarla birlikdə istintaqda iştirak edir;
Kompensasiya məsələsi isə bütün prosesin yekununda – istintaqın nəticəsindən sonra aktuallaşacaq.
Təbii ki, Rusiya bunların heç birində maraqlı deyil, lakin istəməsələr belə üzrxahlıq etməyə məcbur oldularsa, günahkarların cəzalandırılması, kompensasiyanın ödənilməsi də qəbul edəcəklər. Bakı istintaqın gedişini nəzarətdə saxlayır.
Asif Nərimanlı
-
İKT02:44
"Instagram" istifadəçilərinin nəzərinə: Harada olduğunuz görünəcək...
-
Qoroskop01:40
Günün ulduz falı: ilk addımı atmaq üçün əlverişli vaxtdır...
-
Sosial00:05
Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
-
Hadisə3 Oktyabr 23:43
Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı
-
İdman3 Oktyabr 22:36
Messini MMA-ya çağırdılar: Uğur qazana bilərsən
-
Hadisə3 Oktyabr 20:10
TƏBİB-dən Oqtay Şirəliyevin vəfatı ilə bağlı AÇIQLAMA
-
ABŞ3 Oktyabr 19:20
Cəhənnəmlə üzləşəcəklər... - Tramp HƏMAS-a 2 gün möhlət verdi
-
Hadisə3 Oktyabr 19:10
Oqtay Şirəliyev vəfat etdi