Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
Bizi izləyin

Nida Təhlil

Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq

Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq

"Təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi şagirdlər arasında səliqəli və vahid geyim mədəniyyətinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda da uzun illərdir məktəblilərin vahid geyim formasından istifadə təcrübəsi var".

Publika.az xəbər verir ki, bunu məktəblərdə vahid geyim forması mövzusuna münasibət bildirən Azərbaycanın Xalq artisti, xanəndə və opera müğənnisi Aygün Bayramova dedi.

Müğənni qərara hörmətlə yanaşmağın və ona əməl etməyin vacibliyini vurğuladı.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində təhsil müəssisələrində vahid məktəbli forması tətbiq olunur. Azərbaycanda da sovet dövründə məktəblilər həmin zamanın tələblərinə uyğun vahid geyimdə təhsil alırdılar:

“Yadımdadır, məktəblərdə şagirdlər çox səliqəli görünürdülər. Son zamanlar da məktəblərdə vahid geyim forması müşahidə olunurdu. Əgər Nazirlər Kabineti bu məsələ ilə bağlı qərara dəyişiklik edibsə, deməli, belə olmalıdır. Vətəndaş olaraq bizim də vəzifəmiz vahid məktəbli geyimini qəbul etmək, qərara hörmətlə yanaşmaq və ona əməl etməkdir. İnanıram ki, hər şey öz həllini tapacaq və yaxşı olacaq”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair mövcud qaydalara dəyişiklik edilib. Qərar məktəblilərin müəyyən edilmiş vahid geyim formasına riayət etməsini, həmin formanı pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadə edilməməsini nəzərdə tutur.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm