Nida Təhlil
Xaricdən Azərbaycana müdaxilə cəhdləri: Deputat sistemli fəaliyyətdən danışdı
Türkiyə mediasında və bu ölkəyə məxsus sosial şəbəkə platformalarında Azərbaycanda vahid məktəbli geyim forması ilə bağlı qərar, dolayısı ilə hicab məsələsi ətrafında aparılan müzakirələr və ölkəmizə yönələn müdaxilə xarakterli çağırışlar diqqət çəkir. Azərbaycanın təhsil siyasətinin kənardan təsir vasitəsinə çevrilməsi cəhdləri ölkənin daxili işlərinə müdaxilə məsələsini gündəmə gətirir.
Publika.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı fikirlərini bölüşdü.
Vüqar Bayramov bildirdi ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, İslam dəyərlərinə hörmət edən və onları qoruyan ölkələrdəndir. Onun sözlərinə görə, bu yanaşma Prezident İlham Əliyevin çıxışlarında, müqəddəs bayramlarla bağlı müraciətlərində, eləcə də Azərbaycanın təşkil etdiyi tədbirlərdə dəfələrlə öz əksini tapıb.
Millət vəkili qeyd etdi ki, Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir və bu cür hallara ölkənin qanunvericiliyi çərçivəsində hüquqi qiymət verilir. O vurğuladı ki, müdaxilə edən və təxribat törədən şəxslər də qanun çərçivəsində məsuliyyət daşıyacaqlar.
Vüqar Bayramovun sözlərinə görə, təəssüf ki, bir sıra ölkələrdən Azərbaycana müdaxilə cəhdləri müşahidə olunur. Bu cəhdlər həm sosial şəbəkələr, həm də digər vasitələrlə həyata keçirilir. Millət vəkili bildirdi ki, müşahidələr belə müdaxilələrin sistemli və şəbəkələşmiş xarakter daşıdığını göstərir.
O qeyd etdi ki, xüsusilə “X” platformasında və “Facebook” sosial şəbəkəsində xaricdən idarə olunan şərhlərə və paylaşımlara rast gəlinir.
Millət vəkili vurğuladı ki, Azərbaycan xalqı dövlətin və Prezident İlham Əliyevin yanındadır və heç bir xarici müdaxilə və ya təxribat bu həmrəyliyi sarsıda bilməz.
Vüqar Bayramov sonda əlavə etdi ki, Azərbaycan dünyəvi prinsiplərə uyğun idarə olunan, İslam dininə hörmət edən, bu dəyərlərə töhfə verən və müasir inkişaf yolunu davam etdirən dövlətdir.
Müəllif: Adəm Abbaslı
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu


































.jpg)

