Nida Təhlil
İrəvandakı Azərbaycan məscidində İran təxribatı - Tehran hansı mesajı verir?
İranın vitse-prezidenti Həmid Purməhəmmədinin iştirakı ilə İrəvanda Göy məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi farslaşdırılan Azərbaycana məxsus dini irs üzərində “erməni izləri”nin qoyulması addımı kimi qiymətləndirilə bilər. Bu, İranın Ermənistan üzərindən Azərbaycana qarşı intensiv hal alan təxribatları, həmçinin, İrəvan və Tehranın birgə planları fonunda təəccüblü deyil.
Burada diqqətçəkən məqamlardan biri Göy məscidin iclas zalına məhz Yeqişe Çarentsin adının verilməsinin xüsusi məna daşıması ehtimalıdır. Qarsda doğulan erməni şairin ən məşhur əsərlərindən biri “Nairi ölkəsi”dir. “Nairi ölkəsi” Van gölü və Şərqi Anadoluda mövcud olmuş tayfa birliyinin yerləşdiyi coğrafiyanın adı kimi keçir. Ermənilər bu ərazilərə iddia edərək, oranı “erməni yaylaları” adlandırırlar. 1995-ci ilə qədər Ermənistanda Nairi adını daşıyan rayon da vardı. Çarentsin şeirlərində Ağrı dağı tez-tez ermənilərin milli simvolu kimi təqdim olunur.
Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması siyasətinə paralel olaraq, ərazi iddialarının mifoloji təməllərindən olan Nairi iddiasını ədəbiyyata daşımış Yeqişe Çarentsin adının Göy məsciddə “əbədiləşdirilməsi” erməni iddialarının müxtəlif üsullarla canlı tutmaq planı kimi görünür. Bu planda da Ermənistanın ən böyük dəstəkçisi İrandır.
Bu təxribatın indi edilməsi də təsadüfə bənzəmir. İranın vitse-prezidentinin İrəvana səfəri və “Ermənistan və onun baş naziri etibarlı tərəfdaşımızdır” açıqlaması dini liderin müşaviri Əli Əkbər Vilayətinin TRİPP layihəsinə görə Paşinyana xəbərdarlığı fonunda baş verdi. İran bir tərəfdən Paşinyana xəbərdarlıq etsə də, digər tərəfdən, regional maraqlarına görə Ermənistanla tərəfdaşlığını gücləndirməyə çalışır. Purməhəmmədinin İrəvan səfərini də buna hesablanmış gediş kimi oxuya bilərik. İran Ermənistanla tərəfdaşlığını gücləndirmək çərçivəsində “mədəni əlaqələri” də inkişaf etdirir və bunun məhz Göy məscid üzərindən həyata keçirilməsi “regionda ortaq rəqibimiz (bunu düşmən kimi də oxuya bilərik) Azərbaycandır və İran bu rəqabətdə Ermənistanın yeganə etibarlı tərəfdaşıdır” mesajını verir.
İrəvanda dağıdılmayan Azərbaycana məxsus yeganə mədəni-dini irsinə qarşı aprel ayında da təxribat törədilmişdi. Aprelin 8-də İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin iştirakı ilə məsciddə “Tarixi irsin məhv edilməsi: müharibə cinayəti və mədəni terrorizm” mövzusunda simpozium keçirildi. Tədbir çərçivəsində səfirin iştirakı ilə Ermənistanın Tarix və Mədəni İrsi üzrə Tədqiqat Mərkəzinin hədiyyəsi olan iki ədəd “orta əsr məzar daşının” məscidə verilməsi mərasimi təşkil olundu. Mərasimdə iddia edilirdi ki, hər iki məzar daşı XIX və XX əsrlərə aiddir və fars epitafiyalarını (qəbirüstü yazı) daşıyır. Daha sonra “XVIII əsrə aid memarlıq abidəsi iki xalq (ermənilər və farslar-red) arasında mədəni dialoqun ən parlaq nümunəsidir” deyə bəyan edildi.
Tehran və İrəvanın ortaq saxtakarlığı məzar daşlarının məxsus olduğu tarixlə bağlı ziddiyyətli məlumatlarda da ortaya çıxır. Tədbirlə bağlı məlumatın əvvəlində məzar daşlarının “orta əsrə” aid olduğu deyilirdi, lakin tədbirdə qeyd olunurdu ki, “abidələr XIX və XX əsrə aiddir”. Daha sonra isə məzar daşlarından XVIII əsrə aid abidə kimi bəhs edilirdi. Təkcə bu detal Göy məsciddəki kustar saxtakarlığın miqyasını göstərir.
Asif Nərimanlı
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
















.jpg)


.jpg)





.jpg)














