Nida Təhlil
Heydər Əliyevin əsasını qoyduğu strategiya: Azərbaycan regionun güc mərkəzinə çevrilib
Bu gün - 12 noyabr Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilib. Ana Qanun ölkəmizdə müasir dövlət quruculuğunun, hüquqi dövlət prinsiplərinin və vətəndaşların konstitusion hüquqlarının təmin edilməsinin əsasını qoyub. Konstitusiyanın qəbulundan ötən 31 il ərzində Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə mühüm inkişaf yolu keçib.
Millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycanda yeni inkişaf strategiyasının əsasını qoydu. Onun sözlərinə görə, Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri ölkədə hökm sürən anarxiyanın və iqtisadi tənəzzülün qarşısını almaq idi.
V.Bayramov qeyd etdi ki, xüsusilə 1992-1993-cü illərdə AXCP-Müsavat cütlüyünün hakimiyyəti dövründə torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal edilmiş, iqtisadiyyat, demək olar ki, tamamilə dağıdılmış, ölkənin idarə olunmasında anarxiya hökm sürmüşdü.
Deputatın sözlərinə görə, ilk növbədə iqtisadi tənəzzülün aradan qaldırılması, daha sonra isə ölkədə sabitliyin təmin edilməsi əsas hədəflər idi.
"Artıq 1995-ci ildə Azərbaycanda həm iqtisadiyyatda, həm də bütövlükdə cəmiyyətin müxtəlif sektorlarında sabitləşməni, daha sonra isə inkişafı müşahidə etdik", - deyə deputat bildirdi.
O vurğuladı ki, həmin dövrdə Azərbaycanın yeni Konstitusiyaya ehtiyacı yaranmışdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiyanın hazırlanması və qəbulu həyata keçirildi. Bu, bir tərəfdən vətəndaşların konstitusion hüquqlarının təsbit olunması və qorunması, digər tərəfdən isə Azərbaycan dövlətinin inkişafı və gələcək hədəflərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı.

V.Bayramov diqqətə çatdırdı ki, Konstitusiyanın qəbulundan ötən 31 il ərzində Azərbaycan dövləti inkişaf edərək özünü beynəlxalq müstəvidə tamamilə fərqli şəkildə təqdim etməyə başlayıb. Onun sözlərinə görə, bu gün Azərbaycan MDB məkanında münaqişələrə məruz qalmış ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini ilk bərpa edən dövlətdir.
Deputat Azərbaycanın əldə etdiyi Zəfərdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun rolunu xüsusi vurğuladı.
"Azərbaycan artıq regionda orta güc dövlətinə çevrilib. Bu gün ölkəmiz həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə regional və qlobal mövqeyə malikdir", - deyə V.Bayramov qeyd etdi.
Millət vəkili əlavə etdi ki, Azərbaycanın formalaşdırdığı yeni düzən bütövlükdə regionun inkişafı üçün əlavə imkanlar yaradır. Onun fikrincə, ölkəmiz mövcud geosiyasi mövqeyi ilə regional sülhün və əməkdaşlığın dəstəklənməsində də yaxından iştirak edir.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi




































