Nida Təhlil
Dublin sammiti: İlham Əliyev Azərbaycanın gələcəyinə yeni imkanlar açır
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Zirvə Toplantısında iştirakı ölkəmizin Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sammit çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın regional və qlobal məsələlərlə bağlı mövqeyi, eləcə də yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, Prezident İlham Əliyevin Dublin səfəri Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni mərhələnin başlanmasına şərait yaradacaq. Onun sözlərinə görə, Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında sazişin imzalanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Vüqar Bayramov qeyd etdi ki, Avropanın aparıcı dövlətlərindən biri olan Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycan iqtisadiyyatına yeni texnologiyaların və innovasiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq. Bu isə xüsusilə qeyri-neft-qaz sektorunun inkişafına müsbət təsir göstərə bilər.
Deputatın fikrincə, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitində iştirakı Azərbaycanın regional və qlobal məsələlərə dair mövqeyinin beynəlxalq platformada təqdim olunmasına, eləcə də strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir.

V.Bayramov Azərbaycanın beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafında roluna da diqqət çəkdi. Bildirdi ki, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının Cənubi Qafqaz üzərindən keçməsi ölkəmizin tranzit imkanlarını artırır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və artan geosiyasi nüfuzu onun üzərindən daşınan yüklərin həcminə birbaşa təsir göstərir.
Millət vəkili əlavə etdi ki, Prezident İlham Əliyev beynəlxalq yükdaşımalar sahəsində qarşıya konkret hədəflər qoyub. Yaxın illərdə Azərbaycan üzərindən daşınan yüklərin həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu hədəfin reallaşması ölkəmizin geosiyasi və geoiqtisadi mövqeyini gücləndirməklə yanaşı, valyuta daxilolmalarının artmasına da imkan verəcək.
“Azərbaycan regional nəqliyyat dəhlizlərində mühüm nəqliyyat qovşağına çevrilmək potensialına malik ölkələrdəndir”, - deputat bildirdi.
Vüqar Bayramovun sözlərinə görə, elektron xidmətlərin genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi Azərbaycanın tranzit imkanlarının daha da artırılmasına xidmət edəcək. Bu istiqamətdə görüləcək işlər ölkəmizin regionda nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq.
Müəllif: Adəm Abbaslı
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
















.jpg)






















