Nida Xəbər
Sarkisyan: “Gəlin, yeddi rayonu Azərbaycana verək”
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün şərtlərini açıqlayıb.
Publika.az xəbər verir ki, S.Sarkisyan “Rusiya
bu gün” agentliyinə müsahibəsində sərhədlərin açılması üçün ilkin
şərtin irəli sürülməməsini deyib: “Mən həmişə deyirəm ki, istənilən
ailənin qurulması üçün iki nəfərin razılığı lazımdır. Sərhədlərin
açılmasında biz tərəfdən heç bir problem yoxdur. Ermənistan
münasibətlərin qaydaya salınmasına çoxdan hazırdır. 2009-cu ildə
bizim dostlarımız danışırdı ki, türklər soyqırımı (qondarma “erməni
soyqırımı”-red) tanımayıblarsa, münasibətlər qurulmamalıdır. Lakin
biz buna getdik. Mən erməni diasporunun nümayəndələri ilə görüşmək
üçün bütün dünyanı gəzib dolaşdım. Parisdə, Nyu-Yorkda,
Los-Ancelesdə minlərlə erməni ilə görüşdüm. Onlar
Türkiyə-Ermənistan arasında protokolların imzalanmasına qarşı
çıxırdı. Mən çalışırdım, onlardan xahiş edirdim və razı salırdım.
Nəticədə imzalandı”.
Sarkisyan Türkiyəni öz öhdəliklərini yerinə yetirməməkdə ittiham
edib.
“Bəli, gəlin təhlükəsizlik zonasını (Dağlıq Qarabağ ətrafındakı
yeddi rayon-red) Azərbaycana verək, Türkiyə ilə sərhədlər açılsın.
Sonra nə olacaq? Üç ay, yaxud altı ay sonra, ya da bir il sonra
münaqişə olacaq və onlar sərhədləri yenidən bağlayacaqlar”, - deyə
o bildirib.
Sarkisyan daha sonra Türkiyəni yenə qondarma “erməni soyqırımı”na
görə ittiham edib.
Asif
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO