Naxçıvanda yeni Dövlət Proqramı təsdiqləndi
Bizi izləyin

Nida Xəbər

Naxçıvanda yeni Dövlət Proqramı təsdiqləndi

Arıxanaların yerləşdiyi ərazilərdə balyığma mənbələri olan ağac və kolların kəsilməsinin qarşısı alınacaq.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib.

Publika.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli və hər ilin yekununda Naxçıvan Ali Məclisinə məlumat verməlidir. Dövlət Proqramına əsasən Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları mütəmadi olaraq Muxtar respublikada balyığma mənbələrinin aşkar edilməsi və yem bitkilərinin çiçəkləmədən sonra biçilməsinə nəzarətin təşkilini həyata keçirməlidir. Arıxanaların yerləşdiyi ərazilərdə balyığma mənbələri olan ağac və kolların kəsilməsinin qarşısı alınacaq. Naxçıvan İqtisadiyyat Nazirliyi 2017-2022-ci illərdə arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılmasını, Naxçıvan Dövlət Baytarlıq Xidməti arı xəstəliklərinin qarşısının alınması üçün zoobaytar tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti, yerli icra hakimiyyəti orqanları 2017-2022-ci illərdə Naxçıvan şəhərində və rayon mərkəzlərində heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılmasına nail olmalıdırlar. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm