Nida Xəbər
Azərbaycan biznes üçün ən yaxşı ölkələr siyahısında
Dünya Bankı biznesin qeydiyyatdan keçirilməsinin sadə olmasını, kreditlərin əlverişliliyini və digər bir sıra amilləri nəzərə alaraq sahibkarlıq üçün planetin ən yaxşı və pis ölkələrinin reytinq siyahısını tərtib edib.
Publika.az xəbər verir ki, bu barədə “Business Insider”in məlumatında bildirilir.
“Business Insider” portalı biznesə başlamaq və onu inkişaf etdirməyin çox asan olduğu 17 ölkədən ibarət siyahını dərc edib. Sorğuda 139 ölkədən 130 min şirkət iştirak edib.
Məlumatda bildirilir ki, “0”-dan başlayaraq biznes qurmaq həmişə çətin olub, lakin dünyada elə yerlər və ölkələr var ki, orada şirkət yaratmaq digərləri ilə müqayisədə asandır:
“Azərbaycanda şirkətin qurulması zamanı sizin, çox güman ki, onu kommunal şəbəkələrə qoşmaqla bağlı probleminiz yaranmayacaq”.
Siyahıya, həmçinin Belçika, Böyük Britaniya, İsveç, Estoniya, Kosovo, Yamayka, Cənubi Koreya, İrlandiya, Ermənistan, Gürcüstan, Avstraliya, Sinqapur, Makedoniya, Honkonq (Çin), Kanada və Yeni Zelandiya daxildir. (Report)
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO