Nida Xəbər
İstiqlalçı deputat: “Mənim dərdim çox böyükdür”
"Yaşadığım yerin insanları hər gün mənimlə maraqlanır.
Bəlkə də 15 il müəllim kimi fəaliyyət göstərməyimin nəticəsidir ki,
insanlar xüsusi diqqətlərini əsirgəmirlər”.
Bunu Modern.az-a açıqlamasında istiqlalçı deputat Məryəm Həsənova
deyib.
O, səhhətindəki problemdən danışarkən, özünə qarşı ictimai diqqətdən də söz açıb
“Artıq neçə illərdir ki, səhhətimdə problem var. Deyə bilərəm ki, daha nə müalicə alıram, nə də həkim yanına gedirəm. Səhhətimi Allahın ümidinə buraxmışam. Elə bilirəm ki, mənə qarşı ictimai mövqedə ögey münasibət var. İstiqlalçı deputatların bir çoxu mənimlə maraqlanır. Xüsusilə, Hacıbaba Əzimov tez-tez zəng edib əlaqə saxlayır. Mənim dərdim çox böyükdür. Bu dərd illərdir ki, ürəyimdə özünə yer edib. Hər dəfə televiziyada şəhid tabutu görəndə dözə bilmirəm. 1990-cı illərdə vəziyyət gərgin olduğundan bu cür hallar baş alıb gedirdi. 1990-cı ilin 6 oktyabrında o zamankı Milli Məclisə deputat seçildim. Deputat seçilməyimin birinci həftəsi ailəm ağır qəzaya tuş gəldi. Həmin gün dərd ürəyimə qondu”.
Eks-deputat, ailəsi ilə bağlı suala da cavab verib.
“Qəza törədilən vaxt ailə qurmamışdım. Lakin anam israrla ailə qurmağımı istəyirdi. Anamın xətrinə ailə həyatı qurdum. Amma övladım olmadı”.
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO