Ərdoğan: “Ermənistan razılaşdırılmış rayonları qaytarmalıdır”
Bizi izləyin

Nida Xəbər

Ərdoğan: “Ermənistan razılaşdırılmış rayonları qaytarmalıdır”

Türkiyə prezidenti qeyd edib ki, bu torpaqların əsil sahibləri azərbaycanlılardır.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edib.

Publika.az
xəbər verir ki, Ərdoğan işğalla heç bir nəticə əldə olunmayacağını bildirib: “Türkiyə olaraq bu işğala qarşıyıq. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Bu qətnamələrə görə, Ermənistan Dağlıq Qarabağ və bu bölgədə razılaşdırılmış rayonlardan çıxmalıdır”.

Türkiyə prezidenti qeyd edib ki, bu torpaqların əsil sahibləri azərbaycanlılardır.

“Xüsusilə ABŞ, Rusiya və Fransa öhdələrinə götürdükləri işi dərhal başa çatdırmalıdır. İstəyimiz odur ki, işğal bitsin və azərbaycanlı qardaşlarımız torpaqlarına qovuşsunlar”, - deyə o diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm