“Ermənistan əhalisi Azərbaycanın tərkibində yaşamaq istəyir”
Bizi izləyin

Nida Xəbər

“Ermənistan əhalisi Azərbaycanın tərkibində yaşamaq istəyir”

"Özləri də yaxşı başa düşür ki, artıq divarın sonudur”.

“Erməni deputatlar NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasına Serj Sarkisyandan tapşırıq alaraq getmişdilər”.

Bunu Publika.az-a Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov söyləyib.

Komitə sədri deyib ki, həmin iclasda təxribat yaratmaq istəyən erməni deputatlar Serj Sarkisyanın partiyasını təmsil edirlər. Onun sözlərinə, Sarkisyan hakimiyyəti də Türkiyəni Qarabağ məsələsində göstərdiyi ədalətli mövqeyinə görə hədəf seçib:

“Bu yaxınlarda Serj Sarkisyan Rusiya mediasına müsahibəsində də sayaqlayıb. Yalandan deyir ki, guya ölkəsi sülhə hazırdır və sairə. Həmin müsahibədən bir daha aydın olur ki, vaxtı uzatmağa çalışır. Ancaq bu onu xilas etməyəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz sülh hazırıq, ancaq ilk növbədə Ermənistan işğala son qoysun. Cənab prezident Dağlıq Qarabağa Naxçıvan Muxtar Respublikası kimi status verilməsinə də hazır olduğunu bildirib. Məncə, Ermənistan üçün bundan yaxşı fürsət ola bilməz. İndi Ermənistan tərəfinin ağlı varsa, bu təkliflə razılaşsın və torpaqları geri qaytarsın. Əks halda onsuz da, Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsinə nail olacaq. Bu gün Ermənistanda vəziyyət çox acınacaqlıdır. Nəinki Qarabağ erməniləri, Ermənistan əhalisi belə Azərbaycanın tərkibində yaşamaq istəyir. Bu yaxınlarda Azərbaycana gələn ermənilər də bunu etiraf ediblər. Çünki ölkədəki böhrandan beziblər”.

E.İbrahimov həmçinin qeyd edib ki, NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, digər dövlət və hökumət rəsmiləri erməni deputatlara layiqli cavab veriblər:

“Cənab Mövlud Çavuşoğlu və Türkiyənin Baş Qərargah rəisi, general Hulisi Akar ermənilərin çox sərt şəkildə və təsiredici sözlərlə cavablarını veriblər. Əslində həmin sözlərdən sonra normal adam tədbiri tərk edib getməli idi. Çünki onlar orada təhqir olundular. Özünə və şəxsiyyətinə hörmət edən adam o iclasda oturmazdı. Ancaq ermənilər o qədər həyasız millətdir ki, onlara bu cür fikirlər təsir etmir. Onsuz da ermənilərdə abır-həya yoxdur. Onlardan hər şeyi gözləmək olur. Ermənilər xəstə və təxribatçı millətdir. Onların bu cür əməlləri birinci dəfə deyil. Ermənilər zaman-zaman öz murdar xislətini nümayiş etdirib. Türkiyədə də həmin xisləti bir daha göstərdilər”.

Deputat vurğulayıb ki, bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir:

“Ermənilər hər dəfə belə görüşlərdən yayınmaq üçün müxtəlif təxribatlara əl atırlar, hər cür vasitə ilə vaxt qazanmağa çalışır. Amma bütün bunların ermənilərə heç bir faydası olmayacaq. Onlar özləri də yaxşı başa düşür ki, artıq ermənilər üçün divarın sonudur”.

E.İbrahimov əlavə edib ki, İstanbulda keçirilən həmin konfransda Azərbaycan Milli Məclisinin nümayəndə heyəti də iştirak edib:

“Ziyafət Əsgərov, Siyavuş Novruzov və Məlahət İbrahimqızı da ermənilərin layiqli cavabını veriblər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm