Nida Xəbər
Mübariz Qurbanlı azərbaycanlı zəvvarların sərhəddə saxlanılmasına aydınlıq gətirdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gün İraq-İran sərhədində 500 azərbaycanlı zəvvarın saxlanılması məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, M.Qurbanlı jurnalistlərə bildirib ki, Azərbaycanda dini yerlərlə, ziyarətlərlə əlaqədar qaydalar var:
“Ziyarəti təşkil edən şirkətlər Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır. Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin icazəsi ilə həyata keçirilir. Digər dini yerlərə getmək üçün Dövlət Komitəsindən icazə almaq lazımdır. Amma çox təəssüf ki, bu şirkətlər belə hərəkətlərini qeyri-qanuni həyata keçirirlər. Burada onlar viza problemləri ilə üzləşirlər".
M.Qurbanlı əlavə edib ki, bununla bağlı təkliflər verilib: "Həmin qruplar ziyarətə aparılırsa, kimlərin getməsi məsələsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır və müəyyən qruplar tərəfindən təsir altına alınır”.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...