
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb.
Publika.az Belarus mediasına istinadən xəbər
verir ki, səfər proqramında A.Lukaşenko Azərbaycan Prezidenti İlham
Əliyevlə təkbətək görüş keçirəcək. Daha sonra geniş tərkibdə
danışıqlar aparılacaq.
Yekunda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.
A.Lukaşenko Baş nazir Artur Rasizadə ilə də görüşəcək.
Səfər iki günlük nəzərdə tutulub.
Asif