Melkonyanın abidəsinin yerində İbad Hüseynova heykəl ucaldılacaq – Türkiyə SÖZ VERDİ
Bizi izləyin

Nida Xəbər

Melkonyanın abidəsinin yerində İbad Hüseynova heykəl ucaldılacaq – Türkiyə SÖZ VERDİ

Əgər Türkiyədə Monte Melkonyanın abidəsi varsa, götürüləcək.

Erməni terrorçusu Monte Melkonyanın başını kəsən Azərbaycanın kəşfiyyat-diversiya dəstəsinin keçmiş komandiri, Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində ASALA terrorçularına abidə qoyulması barədə yayılan məlumatlara münasibət bildirib.

İ.Hüseynov Publika.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar onu da narahat edir:

“Mən az öncə məsələ ilə bağlı Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Yalçın Topçu ilə danışdım, ona narahatlığımı bildirdim. Cənab Yalçın Topçu isə mənə bildirdi ki, məsələ Türkiyə hökuməti tərəfindən araşdırılır: “Fotosu yayılan həmin abidənin mövcud olub-olmaması şübhə doğurur. Abidənin olduğu deyilən Aşağıdoluca kəndi erməni əsilli PKK üzvlərinin nüfuz etdiyi ərazidir. Ona görə də burada zaman-zaman ASALA və PKK tərəfdarları öz terrorçularının abidələrini qoyublar. Ancaq Türkiyə ordusu da həmin qondarma abidələri dağıdıb. Əgər söylənilən bu abidə də hazırda mövcuddursa, o zaman dağıdılacaq. Yerində isə sizin kimi milli qəhrəmanların abidəsi ucaldılacaq”. Cənab Yalçın Topçu söz verdi ki, əgər Türkiyədə Monte Melkonyanın abidəsi varsa, götürüləcək. Hətta, onun yerində mənim abidəmin qoyulacağını bildirdi”.

İ.Hüseynov qeyd edib ki, Ermənistandan savayı, dünyanın heç bir ölkəsində terrorçuya abidə qoyulmur:

“Monte Melkonyan qatı terrorçudur. Ermənilər onun adını əbədiləşdirmək əvəzinə, utanmalıdırlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm