Azərbaycan Suriyaya qoşun göndərə bilər – HƏRBİ MƏNBƏ
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Suriyaya qoşun göndərə bilər – HƏRBİ MƏNBƏ

Suriyada İŞİD məhv edildikdən sonra Rusiya bu ölkədə “sülh yaratmaq missiyası”nı həyata keçirməyi planlaşdırır.

Suriyada İŞİD məhv edildikdən sonra Rusiya bu ölkədə “sülh yaratmaq missiyası”nı həyata keçirməyi planlaşdırır. Bu missiyasının tərkibində Azərbaycan da ola bilər.

Publika.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, sülh missiyasında İran, Misir, Çin, Serbiya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Ermənistan qoşunları təmsil oluna bilər.

“Bu məsələ bu gün Moskvada keçirilən MDB ölkələrinin müdafiə nazirlərinin iclasında müzakirə oluna bilər. Artıq Rusiya Müdafiə Nazirliyi Azərbaycana İŞİD məhv edildikdən sonra Suriyada ərazilərin minada təmizlənməsi işində iştirak etməyi təklif edib. Lakin Bakı hələ ki susur”, - deyə mənbə vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm