• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Komitə sədri: “Bələdiyyələrə səlahiyyət verilsə, icra başçılarına ehtiyac olmaz”

Komitə sədri: “Bələdiyyələrə səlahiyyət verilsə, icra başçılarına ehtiyac olmaz”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə akademik Ramiz Məmmədovun Azərbaycanda quberniyaların yaradılması ilə bağlı təklifinə münasibət bildirib.

A.Rəhimzadə Publika.az-a açıqlamasında deyib ki, indiki halda Azərbaycanda quberniyaların yaradılması mümkünsüzdür:

“Bu o zaman ola bilər ki, bələdiyyələr həqiqətən yerli orqan olsunlar. Əgər bələdiyyələr icra hakimiyyəti səlahiyyətlərinə malik olsa, təbii ki, icra başçılarına ehtiyac olmaz. Əslində, perspektivdə icra orqanları bələdiyyələrin və digər orqanların qanuna uyğun fəaliyyət göstərməsinə nəzarət etməlidir. Əgər bələdiyyələr öz yerinə tutarsa, o zaman icra orqanlarına ehtiyac olmaz. Bu zaman da rayonların birləşdirilməsi məsələsi gündəmə gələ bilər. Ancaq hazırda bu məsələ tezdir”.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, Azərbaycan üçün 66 inzibati rayon çoxdur:

“Mən bu fikri hələ 10 il bundan qabaq demişəm. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün. Mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonların əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR