Prezidentə müraciət: “Ayaz Mütəllibovun imtiyazları ləğv olunsun”
Bizi izləyin

Nida Xəbər

Prezidentə müraciət: “Ayaz Mütəllibovun imtiyazları ləğv olunsun”

Bu adam müstəqil və suveren respublikanın dövlət imtiyazları ilə yaşayan, ömür sürən birisidir.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Ayaz Mütəllibovun eks-prezident statusunun və imtiyazlarının ləğv olunması üçün Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Publika.az xəbər verir ki, müraciətdə deyilir: “Keçmiş prezident Ayaz Mütəllibov SSRİ-nin dağılmasının 25 illiyi ilə bağlı müsahibəsində Sovet İttifaqının dağılması prosesindən təəssüf və ürək ağrısı ilə danışır. Keçmiş imperiyanın dağılmasını tarixin səhvi adlandıran Mütəllibov, Qorbaçov və Yeltsin haqqında mənfi fikirlər səsləndirir. SSRİ-nin dağılmasını bir faciə kimi qiymətləndirən keçmiş kommunist-prezident, imperiyanın saxlanması üçün təşəbbüslərə zamanında hazır olduğunu, Belovejsk sazişi imzalanmasına dəvət olunmamasını SSRİ-nin dağılma səbəbi kimi təqdim edir. Orada olacağı təqdirdə Azərbaycanın müstəqil olmayacağına dair əlindən gələni edəcəyini bildirir. Bu adam müstəqil və suveren respublikanın dövlət imtiyazları ilə yaşayan, ömür sürən birisidir. Çəkinmədən Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həqarət nümayiş etdirir”.

VİP sədri daha sonra “biz hansı Mütəllibova inanaq?” deyə sual verib.

“Dövlət müstəqilliyi aktına imza atan, Rəsulzadə dövlətini bərpa edən, onu dünyada tanıdan heyət formalaşdırıb dünyaya göndərən, ermənilərə qarşı prinsipial mübarizə aparanamı, yoxsa 1990-cı ildə Şəhidlərin qanı üzərində hakimiyyətə gələn, 1991-ci ilin martında referendumu təşkil edib SSRİ-ni qorumağa çalışan, Azərbaycandan qaçıb Moskvada gizlənən, belə müsahibə verib Azərbaycanın dövlət müstəqilliyindən təəssüflənən birisinəmi?”, - deyə o vurğulayıb.

Ə.Əliyev Ayaz Mütəllibovun imtiyazlarının ləğv olunması çağırışını edib: “Prezident Əliyevə müraciət edərək, müstəqil dövlətin imtiyazlarına layiq olmadığını öz müsahibəsində ortaya qoymuş Mütəllibovu imtiyazlardan məhrum etməyə çağırıram. SSRİ-nin varisi Rusya Federasiyasıdır. Qoy, Mütəllibov Putindən imtiyaz dilənsin. Putin bundan yalnız sevinər.
Əslində, siyasətçi şəxsiyyət, peşəkar olmadıqda, belə simptomatika üzə çıxır. Belə dəyişkən şəxslərə flüger də deyirlər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm