Xələf Xələfov: "Kəpəz"lə bağlı tam razılıq əldə olunmayıb"
Bizi izləyin

Nida Xəbər

Xələf Xələfov: "Kəpəz"lə bağlı tam razılıq əldə olunmayıb"

X.Xələfov işçi qrupunun Aşqabadda keçiriləcək görüşünün yanvarın əvvəlinə təsadüf edəcəyini deyib.

“Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar mütəmadi olaraq təşkil olunur. İşçi qrupunun növbəti görüşü Aşqabadda keçiriləcək”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov işçi qrupunun Aşqabadda keçiriləcək görüşünün yanvarın əvvəlinə təsadüf edəcəyini deyib:

“Görüşdə əsas müzakirə ediləcək məsələ növbəti sammitin keçirlməsinə hazırlıqla bağlı olacaq. İşçi qrupu ilə yanaşı, nazirlərin də görüşünün təşkili planlaşdırılır. Artıq belə bir təşəbbüs mövcuddur. Ümid edirik ki, növbəti görüşlərdə Xəzərin hüquqi statusu il bağlı konvensiyalar qəbul olunsun”.

Nazir müavini onu da vurğulayıb ki, Xəzərin hüquqi statusu il bağlı sammitin dəqiq vaxtını demək çətindir.

“Yəqin ki, bunun tarixi barədə nazirlərin görüşündən sonra fikir bildirmək mümkün olacaq. Nazirlərin görüşü Qazaxıstanda keçiriləcək”.

Türkmənistanla ikitərəfli danışıqlar formatının saxlanıldığını deyən nazir müavini bildirib ki, Xəzərdəki "Kəpəz" ("Sərdar") yatağı ilə bağlı ara-sıra məsləhətləşmələr keçirilir:

"Ancaq bu məsələ ilə bağlı tam razılıq əldə edilməyib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm