Tanınmış azərbaycanlı mütəxəssis vəfat etdi
Bizi izləyin

Nida Xəbər

Tanınmış azərbaycanlı mütəxəssis vəfat etdi

Tanınmış azərbaycanlı mütəxəssis vəfat etdi

Azərbaycanın tanınmış mütəxəssisi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” MMC-nin Texnologiya şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Çingiz Fərəcov vəfat edib.

ABOEMDA-nın mətbuat xidmətinin rəhbəri Rübabə Sahibin “APA Economics”ə verdiyi xəbərə görə, Ç. Fərəcov bir neçə saat öncə ürək tutmasından iş yerində dünyasını dəyişib.

Qeyd edək ki, Ç.Fərəcov bundan əvvəl Milli Məclisin şöbə müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

"Qızıl qələm" mükafatı laureatı olub. Ailəli olub, üç qızı və altı nəvəsi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm