ABŞ-dan Karlovun öldürülməsinə REAKSİYA
Bizi izləyin

Nida Xəbər

ABŞ-dan Karlovun öldürülməsinə REAKSİYA

İstintaqın nəticəsini gözləyirik.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinin arxasında ABŞ və ya Fətullahçı Terror Təşkilatının olması iddialarına ABŞ Dövlət Departamenti reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə departamentin sözçüsü Con Kibri danışıb.

Onun sözlərinə görə, bu hadisənin ABŞ-la heç bir əlaqəsi yoxdur: "Hazırda istintaq gedir. İstintaq bitmədən hansısa fikrin söylənilməsinin heç kimə faydası olmayacaq. Bunun ABŞ-la əlaqəsi ola bilməz. İstintaqın nəticəsini gözləyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm