Nida Xəbər
“Səfirin qətlinin arxasında İran dayanır” - politoloqlardan sensassion AÇIQLAMA
“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında İran dövləti də dayana bilər”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyib.
O, səfirin qətlə yetirilməsinin arxasında İranın xüsusi xidmət orqanlarının dayanmasını istisna etməyib:
“Bunu birmənalı olaraq demək çox çətin məsələdir. Sübut etmək üçün konkret faktlar lazımdır. Ancaq İranın davranışları və baş verən proseslər müəyyən şübhələr yaradır. Çünki son hadisələr zamanı Rusiya-Türkiyə yaxınlaşması fonunda İranın şübhəli davranışlarını müşahidə etdik. Hiss olunur ki, İran Rusiya-Türkiyə yaxınlaşmasına qısqanclıqla yanaşır.

Bu baxımdan da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilən zaman, bu hadisənin arxasında dayanan qüvvələr arasında İranın olduğunu da istisna etmədim. İranın bu məsələdə maraqlı olduğunu düşünürəm. Əsas səbəb isə odur ki, İran heç bir vəchlə Türkiyənin həlledici siyasi faktor olmasını və irəli çıxmasını istəmir. Bütün dövrlərdə İran regionda yalnız özünün güc mərkəzi olmasını istəyib. Fikir versək, görərik ki, indi İran təkcə Suriyaya müdaxilə etməklə kifayətlənmir, Yəməndə və Bəhreyndə də əməliyyatların keçirilməsi ilə şiələrin hakimiyyətə gələcəyini iddia edir”.
Politoloq qeyd edib ki, bütün bunlar İran şiə dövlətinin bir çox geosiyasi maraqlarını ortaya qoyur:

“Bütün bunlara görə düşünürəm ki, səfirin qətlə yetirilməsində İranın da əli ola bilər. Baxmayaraq ki, ABŞ-la İran arasında müəyyən ixtilaflar mövcuddur. Ancaq bu məsələ ilə bağlı ABŞ ilə İran arasında gizli anlaşmanın olduğunu da istisna etmirəm. Ümumi maraqlar ABŞ və İranı birləşdirə bilər. Çünki ABŞ da İran kimi Türkiyə-Rusiya yaxınlaşmasını istəmir. Düşünürəm ki, Türkiyədə baş verən son terror aktlarının arxasında ABŞ-ın xüsusi xidmət orqanlarının əli var”.
N.Miri vurğulayıb ki, indi İran regionda fitnə-fəsad çıxaracaq yeganə müsəlman ölkəsidir:
“Xüsusilə də Hələbdə mülkü insanların təxliyə olunması ilə bağlı məsələdə İran özünü təklənmiş hiss edib. Təbii ki, Suriyada gedən proseslərə böyük təsir imkanı olan ölkələrdən biri kimi İran bunu istəməz. Bu baxımdan da Reallıq da onu göstərir ki, həqiqətən də Türkiyə regionun nüfuz sahibi olan siyasi amillərindən biridir.

Bu gün regionda hər hansı problemi Türkiyəsiz həll etmək mümkün deyil. Bir məsələni də unutmayaq ki, İranın dəstəklədiyi şiə milisləri və Hizbullah qruplaşması Hələbdəki mülkü insanların çıxarılması məsələsini dəfələrlə sabotaj edib. Hətta, onlar dəfələrlə mülkü şəxslərə hücumlar edərək, dinc insanları qətlə yetiriblər. Türkiyə-Rusiya münasibətlərinin normallaşmasını dəfələrlə pozmağa cəhd edən ilk ölkə də məhz İran olub”.
Xatırladaq ki, ötən gün Rusiyadan olan bir neçə politoloq və Rusiya Liberal Demokrat Partiyasinin rəhbəri Vladimir Jirinovski yerli telekanallarda yayımlanan verilişlərdə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı sensassion çıxışlar ediblər.
Onlar iddia edib ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında İran dövləti dayanır.
Vasif Həsənli
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək














.jpg)





















