Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir - - FOTO
Bizi izləyin

Nida Xəbər

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir - - FOTO

Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir.

Publika.az xəbər verir ki, qoşunların kompleks hazırlığı çərçivəsində modernizə edilmiş bir neçə "S-125" zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib. Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.

Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və atışlarının nəticələri yüksək qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm