Putindən Ermənistana “baş katib əvəzinə Qarabağ” şərti
Bizi izləyin

Nida Xəbər

Putindən Ermənistana “baş katib əvəzinə Qarabağ” şərti

KTMT-nin iclası bu gün axşam saatlarında Sankt-Peterburqda başlayacaq.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi Ermənistanın nümayəndəsi ola bilər”.

Publika.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Karavayev deyib.

Karavayevə görə, Ermənistan öz nümayəndəsinin KTMT-yə rəhbərlik etməsini istəyirsə, o zaman Dağlıq Qarabağla bağlı söz verməlidir: “İclasda Ermənistanın Qarabağ məsələsində mövqelərini gücləndirmək üçün KTMT-ni təzyiq meydançası kimi istifadə etməyə başlamayacağı müəyyən edilərsə, təşkilatın baş katibi erməni nümayəndəsinin olması müzakirə edilə bilər”.

Lakin politoloq hesab edir ki, bu, bir qədər problemi məsələdir.

“Çünki Ermənistanın KTMT-ni münaqişədə təzyiq meydançası kimi istifadə etmək niyyəti var. Ehtimal ki, baş katib Ermənistan nümayəndəsi olacaqsa, o, KTMT-də daim Dağlıq Qarabağ məsələsini qaldıracaq. Belə təhlükə var”, - deyə o bildirib.

Qeyd edək ki, KTMT-nin iclası bu gün axşam saatlarında Sankt-Peterburqda başlayacaq. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda təşkilata baş katibin seçilməsi məsələsi də müzakirə olunacaq. Hazırda baş katib Nikolay Bordyuja 2003-cü ildən bu postdadır. 2005-ci ilin dekabrında keçirilən iclasda onun səlahiyyətlərinin 2017-ci ilin 1 yanvar tarixinə qədər uzadılması haqqında qərar verilmişdi. Hazırda növbəti ilin ilk günündən onun səlahiyyətləri başa çatır. Lakin ekspertlər uyğun namizədin tapılmayacağı halda, N.Bordyujanın səlahiyyətlərinin yenidən uzadılacağını istisna etmir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm