“Türkiyədəki terror aktları xaç yürüşlərinin davamıdır” – ŞEYXİN MÜAVİNİ
Bizi izləyin

Nida Xəbər

“Türkiyədəki terror aktları xaç yürüşlərinin davamıdır” – ŞEYXİN MÜAVİNİ

"Həmin PKK-nın tərkibində xeyli sayda erməni terrorçuları da var".

“İran prezidenti dövlət başçısı olaraq Ermənistana, Azərbaycana, ABŞ-a və digər ölkələrə də səfər edə bilər. Amma müsəlmançılıq mövqeyindən yanaşanda İran Dağlıq Qarabağ məsələsinə İslam ölkəsi kimi yanaşmalıdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli bildirib.

S.Həsənli İranın Dağlıq Qarabağ məsələsinə müsəlman həmrəyliyi nöqteyi-nəzərindən yanaşmasının vacibliyini vurğulayıb:

“Baxın görün bu gün İslam ölkələri nə vəziyyətdədir? İndi Avropa və Amerika sakit və sabitdir. Ancaq müsəlman ölkələrində münaqişələr mövcuddur. ABŞ-ın dostu yoxdur, yalnız maraqları var. ABŞ 2003-cü ildə İraqa girəndə, məgər demokratiyanı müdafiə etmək üçünmü ora daxil oldu? Şübhəsiz ki, xeyr. İraqın zəngin nefti var. ABŞ da həmin neftə sahib olmaq üçün İraqı işğal etdi. Bunun nəticəsi isə dünyaya bəllidir. Vaxtilə İraqda Səddam Hüseyn rejimini bəyənməyən insanlar bu gün böyük peşmanlıq keçirir. Çünki ABŞ və onun müttəfiqləri İraqa girəndən bəri bu ölkədə hələ də əminamanlıq bərqərar olmayıb. İndi İraqda hər cümə namazında dəhşətli terror aktları, partlayış törədirlər, Allah evləri dağıdılır, bu partlayışlar nəticəsində dinc insanlar kütləvi şəkildə həlak olur. Təkcə İraq deyil, Suriya, Misir, Liviya görün nə günlərə qalıb. Vaxtilə Liviya xalqı Muəmmər Qəddafini bəyənmədiyi üçün bu gün Liviya darmadağın olub. Halbuki ABŞ-ın Aralıq dənizindəki 7-ci hərbi donanması Muəmmər Qəddafinin qorxusundan Liviya sahillərinə yaxın gedə bilmirdi. Amma bu gün Liviyanı darmadağın edirlər. Səbəb isə Liviyanın zəngin neft-qaz yataqlarının olmasıdır”.

QMİ-nin sədr müavini deyib ki, Qərbin bu cür oyunları əsasən 20-ci əsrin ilk illərindən başlayıb və indiyədək davam edir:

“Bu illər ərzində müsəlman ölkələrinin əksəriyyətində kütləvi insan qanları axıdılır. İndi növbə Türkiyəyə çatıb.. Qərb indi Türkiyəni hədəf seçib. Son vaxtlar İŞİD, PKK, PYD Türkiyədə dəhşətli terror aktları törədir. Həmin PKK-nın tərkibində xeyli sayda erməni terrorçuları da var. Ona görə də Türkiyədə davamlı terror aktları törədilir. Bütün bunlar müsəlman ölkələrinə qarşı xaç yürüşlərinin davamıdır. Bu gün İŞİD terror təşkilatının tərkibinə baxsaq görərik ki, orada ingilislər də, fransızlar da, almanlar da, amerikanlar da var. Onların hamısı “Allahı Əkbər” deyib müsəlmanların başını kəsirlər. Çox təəssüf ki, keçmiş SSRİ ölkələrinin vətəndaşları da İŞİD-in və digər terror qruplarının tərkibində iştirak edirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm