Nazarbayevdən İrəvana Qarabağ zərbəsi – ABŞ KƏŞFİYYATI
Bizi izləyin

Nida Xəbər

Nazarbayevdən İrəvana Qarabağ zərbəsi – ABŞ KƏŞFİYYATI

"Ən yaxşı halda, Ermənistana nəsə başqa bir təklif ediləcək və KTMT-də yeni baş katib erməni olmayacaq”.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Qazaxıstan və Belarusun Ermənistana qarşı çıxmasının səbəbləri haqqında analiz hazırlayıb.

Publika.az xəbər verir ki, Astana və Minsk KTMT-yə erməninin baş katiblik etməsini istəmir:

“Hərbi blokun üzvlərinin iki iclasda yeni baş katibi seçə bilməməsi, daxildə fikir ayrılığının olduğunu göstərir. Hələ 2015-ci ildə təşkilat üzvləri razılaşdı ki, hər üç ildən bir baş katib dəyişəcək. Rusiya əlifbasının sıralamasında görə, ilk baş katib Ermənistandan seçilməli idi. Beləliklə, üzv ölkələr öncədən razılaşdılar ki, Nikolay Bordyujanı Ermənistan nümayəndəsi əvəz etməlidir. Oktyabrda KTMT-nin İrəvanda keçirilən iclasına Qazaxıstan prezidenti Nursultan Nazarbayev gəlmədi. Dekabrda Sankt-Peterburqda keçirilən iclasa isə Belarus prezidenti Aleksandr Lukaşenko gəlmədi. Bəzi məlumatlara görə, onun yoxluğu təsadüfi deyildi”.

Məqalədə qeyd olunur ki, Rusiya, görünür Ermənistana KTMT-nin baş katibinin erməni olacağına söz verib:

“Bununla Moskva aprel müharibəsində neytral mövqe tutmasının əvəzini ödəyir. Lakin Qazaxıstan və Belarusun Azərbaycanla sıx münasibətləri buna mane olur. Məhz Minsk və Astana hərbi bloka erməni baş katibin təyin olunmasına qarşı çıxır. Görünür, yaxın dövrlərdə də təşkilat daxilində fikir ayrılığı qalacaq. Bu fikir ayrılığı həm baş katib postu, həm də Dağlıq Qarabağın statusu ilə bağlı olacaq. Moskva bu fikir ayrılığını yumşaltmaq üçün bacardığı hər şeyi edəcək. Bunun üçün Rusiya baş katib postuna rus namizədi təklif edə bilər. Lakin fikir ayrılığına görə, hərbi bloka dağılmasa da, zəifləyəcək”.

“Stratfor”un məqaləsini şərh edən rusiyalı hərbi ekspert Pavel Felqenqauer hesab edir ki, KTMT-də erməni baş katibin olmasına əsas maneə Qazaxıstandır:

“Nursultan Nazarbayev İlham Əliyevlə çox yaxın münasibətlərə malikdir, eyni zamanda, iki ölkə arasında sıx əlaqələr var. Belarus prezidenti Aleksandr Lukaşenko da Azərbaycan prezidenti ilə yaxşı münasibətlərə malikdir. Lakin Moskva üçün Lukaşenkonu inandırmaq daha asandır, nəinki Nazarbayevi. Bu baxımdan, təşkilata erməni baş katibin təyin olunması məsələsini yalnız Moskva həll edə bilər. Lakin Moskva bunu üçün Nazarbayevə təzyiq edəcəkmi? Bu açıq qalan sualdır. Çünki bu məsələ Rusiya üçün o qədər də prinsipial deyil. Ən yaxşı halda, Ermənistana nəsə başqa bir təklif ediləcək və KTMT-də yeni baş katib erməni olmayacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm