Qarabağ münaqişəsi MDB-nin iqtisadi inkişafını zəiflədir - “Moodys”
Bizi izləyin

Nida Xəbər

Qarabağ münaqişəsi MDB-nin iqtisadi inkişafını zəiflədir - “Moodys”

“Moodys İnvestors Service” hesabat yaydı.

“Geosiyasi münaqişələr, həmçinin, Dağlıq Qarabağ münaqişəsində gərginliyi artması MDB ölkələrinin iqtisadiyyatına neqativ təsir göstərir”.

Publika.az xəbər verir ki, bu barədə “Moodys İnvestors Service” beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə hesabatında deyilir.

Agentliyin proqnozuna görə, bu il MDB-də iqtisadi artım 2 faiz, 2018-ci ildə isə cəmi 3 faiz gözlənilir.

“Geosiyasi münaqişələr MDB ölkələrinin iqtisadiyyatının inkişafına mane olur. Ukrayna hadisələrinə görə, Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsi və Dağlıq Qarabağ zonasında gərginliyin artması neqativ təsirlərə malikdir. MDB-nin doqquz ölkələri öz qonşuları ilə münaqişə vəziyyətindədir. Yalnız Belarus və Qazaxıstan arasında heç bir problem yoxdur”, - deyə agentlik bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm