Rusiya Qarabağı “dövlət” elan edən şəxsi müdafiə edəcək
Bizi izləyin

Nida Xəbər

Rusiya Qarabağı “dövlət” elan edən şəxsi müdafiə edəcək

“Rusiya Dağlıq Qarabağa səfər etdiyi üçün saxlanılan Aleksandr Lapişinin azad olunmasına çalışacaq”.

“Rusiya Dağlıq Qarabağa səfər etdiyi üçün saxlanılan Aleksandr Lapişinin azad olunmasına çalışacaq”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunlarına dair keçirdiyi mətbuat kofnransında deyib.


Qeyd edək ki, ayrı-ayrı ölkələrin vətəndaşlığına mənsub olan A.Lapişin haqqında Azərbaycan tərəfindən cinayət işi açılıb. Lapişin Belarusda saxlanılıb, onun Azərbaycana ekstradisiyası nəzərdə tutulur.

Azərbaycanın Baş prokurorluğunun yaydığı məlumata görə, Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm