Lavrovdan Qarabağ açıqlaması: “İşğal olunmuş ərazilərin qaytarılması tələbi qüvvədədir”
Bizi izləyin

Nida Xəbər

Lavrovdan Qarabağ açıqlaması: “İşğal olunmuş ərazilərin qaytarılması tələbi qüvvədədir”

"Lakin güc tətbiqi istənilən halda qəbul edilməzdir”.

“Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə ərazilərin azad olunması tələbi qüvvədədir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, münaqişə artıq Azərbaycanın daxili işi deyil:

“BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum qətnamələri var. Rusiya və ATƏT-in vasitəçiliyi ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədədir. Lakin güc tətbiqi istənilən halda qəbul edilməzdir”.

Lavrov təmas xəttində insidentlərin araşdırılması üçün nəzərdə tutulan mexanizmlərin qurulmamasından təəssüfləndiyini açıqlayıb.

“Bu, ATƏT daxilində razılığın olmadığına görə belə qalıb. Razılığın olmamasının səbəbləri barəsində bu təşkilatın nümayəndələrindən soruşmaq olar”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm