Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu ermənilərə öldürücü zərbələr vurmalıdır”
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu ermənilərə öldürücü zərbələr vurmalıdır”

"Bunu etsək, düşmən atəşkəsi daha az pozar”.

“Azərbaycanın ərəb ölkələri ilə əlaqələrini genişləndirməsi yüksək qiymətləndirilməlidir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə məsələnin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev deyib ki, son vaxtlar Azərbaycan hökuməti ərəb ölkələri - Birləşmiş Ərəb Əmirliyi, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı ilə əlaqələrini genişləndirir.

Onun sözlərinə görə, bunun böyük əhəmiyyəti var, çünki Azərbaycan İslam dünyasının bir hissəsidir.

Deputat həmçinin qeyd edib ki, son vaxtlar mətbuatda Rusiya Dövlət Dumasının Bakıda komitə iclası keçirməsi ilə bağlı xəbərlər yayılıb:

“Xəbərlər doğrudursa, bu, Azərbaycan dövlətinə hörmətsizlikdir. Biz Rusiya ilə birgə Bakıda hər hansı əməkdaşlıq iclasını keçirə bilərik. Ancaq Rusiyanın müstəqil şəkildə gəlib Bakıda toplantı keçirmək istəməsi doğru addım deyil. Rusiya Dumasının Azərbaycanda gəlib iclas keçirməsi ölkəmizin müstəqilliyinə hörmətsizlikdir”.

Q.Həsənquliyev son günlər ermənilərin cəbhə xəttində atəşkəsi mütəmadi olaraq pozması məsələsinə də toxunub:

“Son günlər Azərbaycan ordusunun inkişafı çox böyükdür. Ancaq son vaxtlar atəşkəs rejimi tez-tez pozulur. Ermənilər atəşkəsi pozaraq, bizim dinc əhaliyə də atəş açırlar. Azərbaycan ordusu ermənilərə atəşkəsi pozduqlarında öldürücü zərbələr vurmalıdır. Biz düşmən əsgərini öz ərazilərimizdə məhv edə bilərik. Bunu etsək, düşmən atəşkəsi daha az pozar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm