Elman Nəsirov: "AXCP-Müsavat cütlüyünün heç bir mənəvi haqqı yoxdur"
Bizi izləyin

Nida Xəbər

Elman Nəsirov: "AXCP-Müsavat cütlüyünün heç bir mənəvi haqqı yoxdur"

AXCP-Müsavat cütlüyünün hakimiyyətinə xalqımız cəmi 1 il dözdu və onlar hakimiyyətdə olduğu müddət insanların yaddaşında xaos illəri kimi qaldı.

"AXCP-Müsavat cütlüyünün hakimiyyətinə xalqımız cəmi 1 il dözdu və onlar hakimiyyətdə olduğu müddət insanların yaddaşında xaos illəri kimi qaldı".Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, həmin illər Azərbaycanda özbaşınalıq, ən ağır və mürəkkəb illər kimi yaddaşlarda qalıb:

"Çünki bu insanlar idarəçilikdən uzaq, təsadüfi insanlar idilər və təsadüfən hakimiyyətə gəlmişdilər. Ona görə də bu gün onların Azərbaycan iqtidarını ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Hələ mən bir dəfə görməmişəm ki, bizim radikal müxalifət Azərbaycan dövlətinin qazandığı hər hansı bir uğura, nailiyyətə sevinsin. Mən çox gözləyirdim ki, nəhayət, Cocuq Mərcanlı kəndinə qayıdışdan sonra radikal müxalifət özündə bir güc, təpər tapacaq və deyəcək ki, "bəli, biz bugünkü iqtidarla mübarizə aparırıq, amma elə faktlar, elə hadisələr var ki, biz onu qəbul edirik, dəstəkləyirik". Elə fundamental məsələlər var ki, orada iqtidar-müxalifət yanaşması olmamalıdır. İndi təsəvvür edin, AXCP sədri Əli Kərimli deyir ki, "görək Cocuq Mərcanlı kəndinə kim qayıdacaq və qayıtsa da, nə qədər qalacaq?!" Heç ermənilər bunu demirlər. Sosial şəbəkələrdə ermənilər deyirdilər ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev kəndləri, Ermənistan Prezidenti isə tabutları geri qaytarır. Amma sapı özümüzdən olan baltalar və radikal müxalifət deyilən bu kəsim iqtidarın qazandığı heç bir nailiyyəti həzm edə bilmir. Dövlət üçün yaxşı olan şey onlar üçün pisdir, dövlət üçün pis olan şey onlar üçün yaxşıdır. Onlar bu məntiqlə işləyirlər".

E.Nəsirov əlavə edib ki, xalqımız müdrik xalqdır və çox gözəl bilir ki, radikal müxalifət Azərbaycanı haraya aparmaq istəyir, iqtidar haraya:

"Prezident İlham Əliyev hədəflər seçib, biz inkişaf etmiş dövlətlər sırasına daxil olmaq istəyirik, bizim hədəflərimiz və məqsədlərimiz var və dövlətin siyasətinin mərkəzində Azərbaycan xalqının rifahı dayanır. Amma bu insanlar üçün belə məsələlər yoxdur. Təki xalqın vəziyyəti acınacaqlı olsun, xalqın güzəranı pisləşin və belə olan halda onların hakimiyyətə gəlməsi üçün münbit şərait yarana bilər. Lakin bu cür fikirləri xalqımız artıq qəbul etmir. Əgər xalq bir hakimiyyətin mövcudluğuna bir il dözməyibsə, onlar necə yenidən hakimiyyətə gələ bilər?! Onlar xarici qüvvələrin əlində bir alətə çevriliblər. Ona görə də insanlar onları dəstəkləmir və heç bir sosial bazaları yoxdur".

trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm