Azərbaycan BMT-nin ilk onluğunda
Bizi izləyin

Nida Xəbər

Azərbaycan BMT-nin ilk onluğunda

Azərbaycan BMT-nin ilk onluğa düşüb

ABŞ-ın Nyu-York şəhərində yanvarın 30-31-də BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu keçirilib.

Publika.az xəbər verir ki, forumun əsas mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub.

Tədbirdə çıxış edən BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev bu tədbirdən dünya gənclərinin inkişafı və gələcək perespektivlərinin müəyyənləşdirilməsində əhəmiyyətini qeyd edib:

“Bu günədək gənclərin BMT-nin rəsmi proseslərində iştirakı üçün ən mütəşəkkil istiqamət təşkil edən bu Forum boyu əhəmiyyəti ilə seçildi. Forum dünyanın müxtəlif ölkələrini təmsil edən gənc liderlərin öz aralarında və üzv dövlətlərlə dialoqu üçün platforma təmin edəcək və Dayanıqlı İnkişaf Gündəliyinin əsasını təşkil edən “birgə rifah” konsepsiyasına dair fikir mübadiləsi aparmaq imkanı yaradacaq. Əhəmiyyətli cəhət həm də ondan ibarətdir ki, sözügedən tədbir 2030-cu il Gündəliyinin həyata keçirilməsinə töhfə verməklə beynəlxalq gənclərin birlik hissini möhkəmləndirərək onlara dünyanın oxşar fikirləri paylaşan insanlarla dialoq yaratmaq imkanı verəcək. Buna görə də, BMT-nin İqtisadi və Sosial Şurasının (UN ECOSOC) Gənclər Forumu 2030 Gündəliyinin icrası vasitəsilə qloballaşmadan hamının faydalanma yollarını müzakirə etmək baxımından əhəmiyyətli platformadır.

M. Əfəndiyev xüsusilə qeyd etdi ki, Azərbaycan BMT Gənclər Siyasəti çərçivəsində ölkəmizdə görülən işləri model formatında təqdim edib. Bu baxımdan, ilk dəfə olaraq Azərbaycan BMT-də gənclər siyasətinə dair ən yaxşı model sıralamasında ilk onluğa düşüb. Bu bizim dövlətimizin son onillikdə gənclərlə işin təşkili baxımından böyük uğurudur. Eyni zamanda BMT Gənclər siyasəti sahəsində dünyada fərqlənən insanların təltifini 5 istiqamətdə nəzərdə tutan döş nişanlarını və mükafatlar təsis edib və əminik ki, Azərbaycan növbəti illərdə bu sahədə öz irəliləyişləri ilə bu uğurlara da layiq görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm