Rusiya Lapşinin Azərbaycana verilməməsində İSRAR EDİR: “Danışıqlar aparırıq”
Bizi izləyin

Nida Xəbər

Rusiya Lapşinin Azərbaycana verilməməsində İSRAR EDİR: “Danışıqlar aparırıq”

Rusiya Lapşin məsələsində israr edir

“Moskva Rusiya vətəndaşlarının üçüncü ölkəyə verilməsinin yolverilməzliyində israr edərək, bloqer Aleksandr Lapşinin Azərbaycana verilməsinə qarşı çıxır”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Belarus Xarici İşlər Nazirliyi və bu ölkənin digər səlahiyyətli orqanları ilə bu məsələ ilə bağlı intensiv danışıqlar aparır.

Qeyd edək ki, Rusiya və İsrail vətəndaşlığına malik olan A.Lapşin haqqında Azərbaycan tərəfindən cinayət işi açılıb. Lapşin Belarusda saxlanılıb, onun Azərbaycana ekstradisiyası nəzərdə tutulur.

Azərbaycanın Baş prokurorluğunun məlumatına görə, Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Xatırladaq ki, A.Lapşin etdiyi hərəkətə görə Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istəyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm