Nida Xəbər
İtaliyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - - FOTO
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İtaliyanın Milan Provinsiyasının Busto Garolfo şəhərində yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə anım gecəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, Azərbaycanın İtaliyadakı səfirliyinin, Busto Garolfo şəhər bələdiyyəsinin, Orizon Akademiyasının və İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan səfirliyinin birinci katibi Erkin Heydərli ölkəmizin tarixi və müasir dövrü haqqında qısa məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından geniş bəhs edib. Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı, uşaqlara, qadınlara, xəstələrə və dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər, öz torpağında günahsız insanların amansızcasına qətlə yetirilməsi iştirakçıların diqqətinə çatdırılıb.
İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyev qeyd edib ki, Xocalı soyqırımından 25 il keçsə də, bu faciə azərbaycanlıların yaddaşında dərin izlər buraxıb.
Milan Provinsiyası Bələdiyyə başçısının xanımı Buondi Susanna isə Azərbaycan ilə dostluq əlaqələrindən danışıb. B.Susanna soyqırımı hadisələrinin ağrılarını hiss etdiyini bildirib.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.
Anım gecəsi Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Sonda iştirakçılar Qarabağ, Xocalı həqiqətlərinə dair müzakirələr aparıb, soyqırımı aktını törədənləri pisləyiblər. Azərbaycanı sevdiklərini bildirən qonaqlar ölkəmizə səfər etmək arzusundan olduqlarını dilə gətiriblər. Milan kollecinin baş müəllimi Xocalıya həsr edilən tamaşanın, rəhbərlik etdiyi kollecdə göstəriləcəyini deyib.
Anım gecəsinin keçirildiyi məkanda Xocalı soyqırımına həsr olunan xüsusi guşə yaradılıb. Burada “Xocalıya ədalət” şüarları, broşürlər, Xocalı həqiqətləri haqqında müxtəlif kitablar, şəkillər sərgilənib. Bəzi kitablar qonaqlara hədiyyə edilib.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO