Aydın Mirzəzadə: "Lapşinin ekstradisiyası Ermənistana növbəti ciddi xəbərdarlıqdır"
Bizi izləyin

Nida Xəbər

Aydın Mirzəzadə: "Lapşinin ekstradisiyası Ermənistana növbəti ciddi xəbərdarlıqdır"

Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi 2016-cı ilin aprel hadisələri kimi tarixə yazılacaq bir məsələdir.

"Ermənistan tərəfindən işğal edilən ərazilərimizə qanunsuz səfər edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsi Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir".

Publika.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Komitə sədrinin müavini vurğulayıb ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi 2016-cı ilin aprel hadisələri kimi tarixə yazılacaq bir məsələdir.

A.Mirzəzadə bildirib ki, bu, eyni zamanda Ermənistana növbəti ciddi xəbərdarlıqdır: "Nə zamansa, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əlləri qandallı məhkəməmiz qarşısında duracaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm