Nida Xəbər
Jirinoviskinin “nə Qarabağ, nə də Azərbaycan olacaq” sözlərinin SİRRİ AÇILDI
Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat
Partiyasının lideri Vladimir Jirinovskinin iki gün öncə Dağlıq
Qarabağ və Azərbaycan haqqında söylədiyi fikirlər “Kremlin mesajı”
olaraq dəyərləndirildi.
“Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər.
Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz
onların hamısını nəzarət altına alanda nə Qarabağ olacaq, nə də
Azərbaycan. Çarın dövründəki kimi Bakı quberniyası, İrəvan
quberniyası, Tiflis quberniyası və Kutaisi quberniyası olacaq”, -
deyə Rusiya siyasətinin təlxəyi hesab olunan bu şəxs bildirdi.
Rusiyanın postsovet məkanını öz təsir dairəsinə almaq, keçmiş
SSRİ-nin nüfuzunu qaytarmaq hədəfləri fonunda bu təlxəyin
dediklərinin Kremlin arzusunu dilə gətirmək olduğu ehtimalı aydın
görünür.
Lakin rusiyalı politoloq Sergey Markov belə düşünmür.
Publika.az xəbər verir ki, Kremlə yaxınlığı ilə seçilən politoloq
Jirinoviskinin Azərbaycana, o cümlədən heç bir postsovet ölkəsinə
mesaj vermədiyini deyib.
Onun sözlərinə görə, Jirinoviskinin belə deməsinin sirri
seçkilərdir.
“Rusiyada prezident seçkiləri yaxınlaşır və seçkiqabağı dövrdə
Liberal Partiyasının lideri özünə xal toplamağa çalışır.
Jirinoviski bu günlərdə elan etdi ki, prezidentliyə namizədliyini
verəcək. Ardınca da belə fikirlər səsləndirdi. Yəni o, bununla
keçmiş SSRİ respublikalarına nəyinsə mesajını vermədi, əksinə
seçkiöncəsi mesajlar verdi. Prezident seçkilərindən sonra da Dövlət
Dumasına seçkilər olacaq. Belə bəyanatlarla Jirinoviski öz
seçicilərinin sayını artırmağa çalışır. Çünki onun seçici
elektoratı azdır və o, hiyləgərlik edir. Bilir ki, insanlarda SSRİ
nostaljisi var və bu incə məqamdan ustalıqla istifadə edir”, - deyə
o bildirib.
S.Markov əlavə edib ki, Jirinoviskinin bəyanatını Azərbaycana qarşı
təxribat olaraq qəbul etməyin tərəfdarı deyil.
Asif
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər