• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Rusiyadan Lapşin REAKSİYASI: "Münasibətlərin ruhuna uyğun deyil”

Rusiyadan Lapşin REAKSİYASI: "Münasibətlərin ruhuna uyğun deyil”

Moskva Rusiya Federasiyasının vətəndaşlığına malik olan bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ilə bağlı Minskin verdiyi qərardan məyus olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Rusiya tərəfi Minskin bu qərarından dərin məyusluğunun ifadə edir. Qərar Rusiya və Belarus arasında ittifaq münasibətlərinin ruhuna uyğun deyil”, - Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş xəbərdə deyilir.

Qeyd edilir ki, Rusiya vətəndaşının qanuni maraqlarının müdafiəsi və onun ailəsinə tezliklə qaytarılması məqsədilə bütün lazımlı ölçüləri qəbul etmək niyyətindədir.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin ötən gecə Belarusdan Azərbaycana gətirilib. O, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A.Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali məhkəmə şikayəti təmin etməyib.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR