Erməni deputatlar Belarus səfirliyi qarşısında aksiya keçirir - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Erməni deputatlar Belarus səfirliyi qarşısında aksiya keçirir - - FOTOLAR

Belarusun İrəvandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilir.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasına etiraz edirlər.

Aksiyada həmçinin Ermənistan parlamentinin deputatları da iştirak edirlər. Deputat Nikol Paşinyan səfirə aksiyanın təşkilatçıları tərəfindən hazırlanmış bəyanatı verməyə çalışıb. Bəyanatda səfirdən qısa müddətə Ermənistan ərazisini tərk etmək tələb edilir.

Ancaq səfirliyin əməkdaşı səfirin iş yerində olmadığını və bəyanatı heç kəsin qəbul edə bilməyəcəyini deyib.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin ötən gecə Belarusdan Azərbaycana gətirilib. O, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A.Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəmə şikayəti təmin etməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm