Bahar Muradova: “Lapşinin ekstradisiyası ilə ermənilərin bütün fəaliyyətləri göyə sovruldu”
Bizi izləyin

Nida Xəbər

Bahar Muradova: “Lapşinin ekstradisiyası ilə ermənilərin bütün fəaliyyətləri göyə sovruldu”

Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova 2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, anti-Azərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi məsələsinə münasibət bildirib.

Vitse-spiker Publika.az-a deyib ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi beynəlxalq hüququn, haqqın və ədalətin qələbəsidir.

Onun sözlərinə görə, bu, hansı ölkəyə qarşı cinayət törətməsindən asılı olmayaraq, hər kəsə şamil edilməlidir:

“Son dövrlər qanunsuzluğun hüququ, ədalətsizliyin ədaləti üstələməsi, cinayətlərin artması, cinayətkarların məsuliyyətdən yayınaraq cəzasız gəzməsi o qədər adiləşməkdədir ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması qeyri-adi hadisə effekti doğurub. Ancaq bu çox normal, ədalətli və hüquqa söykənən addımdır. Hər kəs bunu belə qəbul etməlidir”.

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını və dinc insanları yerindən-yurdundan didərgin saldığını vurğulayan B.Muradova qeyd edib ki, erməni işğalçıları azərbaycanlıların ən fundamental hüquqlarını kobud şəkildə pozaraq, humanitar fəlakətə sürükləyib:

“Son dövrlər ermənilər işğal etdikləri Azərbaycan ərazilərinə qanunsuz səfərlər təşkil edir, zəbt etdikləri ərazilərin dünyada tanıdılması istiqamətində fəal iş aparırlar. Çox təəssüf ki, onların bu cür fəaliyyətinə bəzi dairələr də dəstək verirlər. Bu baxımdan da Ermənistan öz qanunsuz hərəkətlərinin də cəzasız qaldığını görərək daha da ruhlanmışdı. Ermənilər başqa ölkələrin deputatlarını, tanınmış rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrinin işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfərlərini təşkil edirdilər. Ancaq Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi ilə ermənilərin bütün bu fəaliyyətləri bir anda göyə sovruldu. Ona görə də indi ermənilərin ciddi narahatlıq keçirmələri anlaşılandır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm