Nida Xəbər
Göyçayda Əziz Əliyevin 120 illik yubiley konfransı keçirildi - - FOTO
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib.
Publika.az xəbər verir ki, bu fikirlər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə səsləndirilib. Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfransda rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalov çıxış edərək görkəmli elm adamının ömür yolundan və Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərindən danışıblar. Onlar bu yubileyin yüksək səviyyədə keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Qeyd olunub ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. O, sonrakı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. Əziz Əliyev bu xidmətləri ilə yanaşı, həm də gözəl ailə başçısı olub.
Konfransda Əziz Əliyevin Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında xidmətləri, ictimai-siyasi və dövlətçilik fəaliyyəti və digər mövzularda məruzələr dinlənilib.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər