Qarabağ danışıqlarında YENİ DÜSTUR: Bakının həmləsindəki SİRR
Bizi izləyin

Nida Xəbər

Qarabağ danışıqlarında YENİ DÜSTUR: Bakının həmləsindəki SİRR

Bakının həmləsindəki SİRR

“Lapşinin ekstradisiyası ilə Bakı Dağlıq Qarabağ münaqişəsinin nizama salınma prosesinə təsir edə biləcək ciddi vasitə əldə etdi”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, bu, mükəmməl vasitədir: “Bir növ düsturdur və mən bu düsturu “Lapşin presedenti” adlandırardım”.

Q.Trofimçuk Lapşinin ekstradisiyasında bir məsələyə də diqqət çəkib: “Maraqlıdır ki, Lapşin ərizə verərək, üç ay müddətində Minskdə qala bilərdi. Lakin bunu etmədi. Ekstradisiyada sirli qalan məqam budur”.

Politoloq Lapşinin fəaliyyətinə də diqqət çəkərək, qeyd edib ki, onun arxasında hansısa qüvvələrin olması ehtimalı var.

“Yəqin ki, ona fəaliyyətinə tövsiyələr verənlər var və güman ki, nəticənin belə ola biləcəyini də düşünüblər. Fikrimcə, Azərbaycan bu məsələdə uddu və ciddi siyasi vasitə əldə etdi. İndi top Azərbaycandadır. Mən düşünmürəm ki, Lapşin məsələsi Rusiya-Azərbaycan münasibətlərinə təsir etsin. Lakin o dəqiqdir ki, Lapşin məsələsi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi ətrafındakı siyasi vəziyyətə təsir göstərəcək”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm