Nazir: “Mövcud status-kvo Ermənistandan başqa heç kəsi qane etmir”
Bizi izləyin

Nida Xəbər

Nazir: “Mövcud status-kvo Ermənistandan başqa heç kəsi qane etmir”

"Ən əsas problem Azərbaycan ərazisində Ermənistan Silahlı Qüvvələrinin mövcudluğudur".

“Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud status-kvo ola bilsin ki, Ermənistandan başqa heç kəsi qane etmir”.

Publika.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Biz neçə dəfə mənim iştirakımla nazirlərin görüşündə məsələnin yerindən tərpədilməsinə kifayət qədər yaxın olmuşuq. Hamı anlayır ki, bu gün mövcud status-kvo Ermənistandan başqa heç kəsi təmin etmir. Masanı tədricən problemlərdən təmizləmək lazımdır. Hansı problemlər? Ən əsas problem Azərbaycan ərazisində Ermənistan Silahlı Qüvvələrinin mövcudluğudur. İlk növbədə əsgərlər kazarmalara qayıtmalıdır və bu, böyük imkanlar yaradacaq. Bu, planın bir hissəsidir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm