Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr davam etdiriləcək"
Bizi izləyin

Nida Xəbər

Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr davam etdiriləcək"

Rusiya indi Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə Münhendə mümkün görüş cədvəlini razılaşdırır.

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş qrafikindən asılı olmayaraq davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya indi Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə Münhendə mümkün görüş cədvəlini razılaşdırır.

M.Zaxarova qeyd edib ki, görüşlərin keçirilib-keçirilməyəcəyi barədə məlumat daha sonra veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm