Amerikalı ekspert: "Erməni ordusu Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılmalıdır"
Bizi izləyin

Nida Xəbər

Amerikalı ekspert: "Erməni ordusu Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılmalıdır"

"Ermənistan işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonlarından ordusunu çıxartmalı və beynəlxalq hüququn prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. Yerevan status-kvodan əl çəkməli və Azərbaycan rəhbərliyi ilə danışıqlara başlamalıdır."

Bu sözləri beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Peter Tase "Eurasia Diary"yə özəl müsahibəsində deyib.

P.Tase Dağlıq Qarabağ münaqişəsi, ABŞ-ın yeni prezidenti Donald Trampın Cənubi Qafqaz siyasəti və digər maraqlı məsələlər barədə sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

Eurasia Diary: Tramp admnistrasiyasının Cənubi Qafqaz və Şərqi Avropa üzrə xarici siyasətini necə görürsüz?

Peter Tase: Ağ Evin NATO, Avropa İttifaqı, Çin və Cənubi Şərqi Asiya regionuna qarşı sərt siyasət aparacağı gözlənilir. Azərbaycan və Xəzər dənizi ətrafında yerləşən ölkələrə gəlincə isə bu regionlarla bağlı ABŞ Dövlət Departamentindən son iki həftə ərzində heç bir bəyanat verilməyib. Azərbaycan və ABŞ arasında tarixi əməkdaşlıq gücləndirilməli və iqtisadi, ticarət, mədəniyyət sahələrində əlaqələr inkişaf etməlidir.

Eurasia Diary: Sizin fikrinizcə, Cənubi Qafqaz və Şərqi Avropa ilə bağlı olan məsələlərdə respublikaçılar və demokratlar hansı fərqli siyasi mövqeyi sərgiləyirlər?

Peter Tase: Respublikaçı prezidentin hakimiyyəti dövründə Ağ Evdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün geniş imkanlar olacaq. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünə və Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə uyğun həll edilməlidir. Donald Trampın prezidentliyi dövründə Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin səmərəli həllinə diqqət ayıracaq. Ümid edirəm ki, Prezident Tramp Dövlət Departamentində uzunmüddətli münaqişənin ədalətli həll olunması üçün Azərbaycan xalqının maraqlarına və Qafqaz regionunda sülh və sabitliyin gücləndirilməsinə xidmət edən ekspertlər qrupu yaradacaq.

Donald Trampın prezidentliyi dövründə erməni Lobbisinin və ermənipərəst şirkətlərin ABŞ-ın xarici siyasətində təsirinin azalmasına şahidi olacağıq.

Eurasia Diary: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə nə deyə bilərsiniz?

Peter Tase: Bu barədə üç önəmli məsələyə diqqət ayırmaq lazımdır. Birincisi, Ermənistan Respublikası işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonlardan ordusunu geri çəkməli və beynəlxalq hüququn prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. İkincisi, Yerevan status-kvodan əl çəkməli və Azərbaycan rəhbərliyi ilə danışıqlara başlamalıdır. Sərkisyan höküməti ölkəsindəki korrupsiyaya və bir sıra cinayətlərə qarşı mübarizəyə diqqət ayırmalı və ən əsası erməni xalqının uzun müddət üzləşdiyi daxili problemlərə kölgə salan Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə etməməlidir. Üçüncüsü, ATƏT, Avropa İttifaqı və digər müxtəlif beynəlxalq təşkilatlar Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsi üçün aktiv rol oynamalı və beynəlxalq hüququn prinsiplərini müdafiə etməli, tərəfləri danışıqlara cəlb etməlidirlər.

Eurasia Diary: Gürcüstan Cənubi Qafqazda ABŞ-ın güclü müttəfiqidir. Tramp administrasiyanın Gürcüstanla bağlı xarici siyasəti necə olacaq?

Peter Tase: Vaşinqton və Tbilisi arasında iqtisadi əməkdaşlıq və siyasi dialoq inkişaf edir. Yaxın gələcəkdə prezident Donald Tramp və ya ABŞ-ın vitsa prezidentinin Gürcüstana səfəri gözlənilir. Gürcüstan ABŞ-ın və terrorizm və bir sıra cinayyətlərə qarşı mübarizə aparan Beynəlxalq Koalasiyanın əsas müttəfiqidir. Azərbaycan kimi, Gürcüstan da ABŞ-ın etibarlı tərəfdaşıdır. ABŞ-ın bir sıra institutları həm Azərbaycana, həm də Gürcüstana xeyir verən layihələr hazırlayıblar.

Eurasia Diary: Ukrayna prezidenti Petro Poroşenko ABŞ və NATO-ya üzv olan digər ölkələrin qoşunlarının Ukraynada təlim keçməsi haqqında sərəncam imzalayıb. Siz hesab edirsinizmi ki, Prezident Poroşenkonun bu hərəkəti Rusiyanı Şərqi Ukraynaya daha çox müdaxilə etməyə sövq edəcək?

Peter Tase: ABŞ və NATO qoşunlarının Ukraynada olması Rusiyanı sərt siyasət yeritməyə və Baltikyanı ölkələrlə, Ukrayna ilə sərhəd ərazilərdə hərbi təlimlər həyata keçirməyə sövq edəcək. Prezident Poroşenkonun NATO və ABŞ qoşunlarının Ukraynada yerləşdirməsi doğru hərəkət deyil, çünki Ukrayna Rusiya ilə sərhəd ölkədir və ən əsası ABŞ hərbi qüvvələri dünyanın digər münaqişələrində iştirak edir. Rusiyanın Ukraynaya mümkün olan müdaxiləsinə Qərb tərəfindən ciddi cavab verilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm