Azərbaycan ilə Gürcüstan arasında təhlükəsizlik məsələləri müzakirə olundu
Bizi izləyin

Nida Xəbər

Azərbaycan ilə Gürcüstan arasında təhlükəsizlik məsələləri müzakirə olundu

Gələcək planlar və əməkdaşlıq perspektivləri barədə də müzakirələr aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 9-da Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın istiqamətləri və son illər əldə edilən yüksək nəticələr barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, gələcək planlar və əməkdaşlıq perspektivləri barədə də müzakirələr aparılıb, təhlükəsizlik sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm