PA rəsmisi: “Xocalıdakı cinayətləri Ermənistanın siyasi rəhbərliyi törədib”
Bizi izləyin

Nida Xəbər

PA rəsmisi: “Xocalıdakı cinayətləri Ermənistanın siyasi rəhbərliyi törədib”

"Bu işlər mübarizədə qalib çıxmaq, torpaqları işğaldan azad etmək üçün kifayət etmir”.

“Hazırda Azərbaycan dövləti Xocalı soyqırımı ilə bağlı siyasi iş, informasiya mübarizəsi aparır”.

Publika.az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bu gün Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində söyləyib.

PA rəsmisi deyib ki, Xocalı soyqırımı ən ağır cinayətlərdən biridir:

“Öz səsimizi qaldırmışıq, ermənilərin Azərbaycana qarşı etdikləri ilə bağlı daim beynəlxalq ictimaiyyəti məlumatlandırmışıq. Azərbaycan bu sahədə iş aparır. Çox təəssüf ki, dünyada bu məsələyə lazımı hüquqi qiymət verilməyib. Yəni, bu iş bu gün də aktuallığını saxlayır. Ermənilərin Azərbaycana qarşı törədikləri, o cümlədən Xocalı faciəsi hər bir vətəndaşın, dövlət qurumunun qarşısında duran əsas məsələdir. Xocalı soyqırımı sülh və insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilir. Çalışmalıyıq ki, hüquqi müstəvidə mübarizə aparaq, haqq səsimizi dünyaya çatdıraq”.

Ə.Mehdiyev xatırladıb ki, bu məsələ ilə bağlı Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başladılıb, müvafiq işlər davam etdirilir:

“Xocalıda cinayət törədən şəxslər hamıya məlumdur, onlar “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib. Bu cinayəti Ermənistanda olan siyasi rəhbərlik edib. Bu gün onlar özləri də bunu açıq etiraf edirlər”.

PA rəsmisi qeyd edib ki, bir sıra dövlətlətlər Xocalı soyqırımını tanıyıb:

“Bu informasiya mübarizəsi sahəsində aparılan işlərin nəticəsidir. Xeyli uğurlar qazanmışıq, amma təcrübə göstərir ki, bu işlər mübarizədə qalib çıxmaq, torpaqları işğaldan azad etmək üçün kifayət etmir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm